Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Almaniyada aralarında Azərbaycan vətəndaşlarının olduğu 248 min nəfər deportasiya mərkəzlərində saxlanılır



Bu ilin yanvar-oktyabr aylarında 20 996 nəfər Almaniyadan deportasiya edilib.

Almaniya Federal Daxili İşlər Nazirliyindən “Report”un Avropa bürosuna verilən məlumatda deyilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1000 nəfər azalma deməkdir.

Nazirliyin məlumatında bildirilir ki, hazırda aralarında Azərbaycan vətəndaşlarının olduğu 248 min sığınacaq axtaran ölkənin müxtəlif şəhərlərində yerləşən 577 deportasiya mərkəzində saxlanılır. Onlardan ən böyüyü 1250 nəfərlik Deggendorf deportasiya mərkəzidir.

Buraya yerləşdirilən və deportasiya ediləcək olan sığınacaq axtaranların 50 %-i əsasən, Azərbaycan, Gürcüstan, Ermənistan, Əfqansıtan, Nigeriya, Mali kimi Cənubi Qafqaz və Afrika ölkələrindən gələnlərdir.


Məlumatda vurulanır ki, həbsxana tipli deportasiya mərkəzlərinin yeddisi Bavariya əyalətində yerləşir.

Federal Nazirliyikdən bildirilib ki, bu il deportasiya edilən şəxslərin sayının keçən illə müqayisədə az olmasının səbəbləri sırasında planlaşdırılan uçuşların ləğv edilməsi, eyni zaman deportasiya ediləcək şəxslərin qaldıqları mərkəzləri icazəsiz olaraq tərk etmələri və oraya qayıtmamaları gəlir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10