Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müsəlman ölkəsinin Polisi boşanmaların qarşısını alan “ağac” “əkdi" - İbrətamiz…



Birləşmiş Ərəb Əmirliklərinin Ajman əmirliyi Polisinin Sosial Dəstək Mərkəzi "Dözümlülük(tolerantlıq) ağacı" adlı yeni bir layihə həyata keçirməyə başlayıb.

Cenub.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə belə deyilir. 

Layihənin vəzifəsi evli cütlüklərdəki mübahisələri həll etmək və boşanmaların qarşısını almaqdır. Təşəbbüs tolerantlıq ili çərçivəsində irəli sürülüb.

"Ağac" Mərkəzin gözləmə otağına yerləşdirilib. Buraya ayrı-ayrılıqda da dəvət edilən ər-arvadlar mənfi düşüncələrdən yayına, müsbət  mesajlı bir məktub yazaraq  «ağac”ın budağına asa bilər. Məsələn, bir dəfə  ər tərəfindən “ağac”da təsirli bir not buraxılıb və sonradan gələn xanımdan həyat yoldaşının məktubunu oxuması xahiş edilib. İsmarışda ər yazıb:

“Ən azı, həyat yoldaşımdan və uşaqlarımdan üzr istəyirəm. Kaş ki, heç vaxt məndən ayrılmazdılar ”.  

Bu iki cümlə  xanımı çox təsirləndirib. Və o, iki gündən sonra  Mərkəzə xəbərdarlıq edib ki,  artıq boşanmaq niyyətində deyil... 

Çox vaxt uşaqlar tərəfindən də valideynləri  üçün notlar buraxılır. 

Bu minvalla Polisin Sosial Dəstək Mərkəzi artıq  məhkəmə öncəsi 85 boşanmanın qarşısını alıb. Ümumilikdə Mərkəz qısa müddətdə 535 müxtəlif işi, o cümlədən ailə mübahisələri, ər-arvad arasındakı fikir ayrılıqları və uşaqlara qarşı zorakılıq hallarını araşdırıb. 

Mərkəz boşanmaq istəyən ər-arvadları uşaqlara psixoloji zərbə vurmamaq üçün, ən azı, dinc şəkildə ayrılmağa çağırır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10