Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Erkinin parlamentdə yeri hazırdır" deyənlərə CAVAB


““Erkinin parlamentdə yeri hazırdır" deyənlərin həvəsini anlamağa çalışıram. Ya məni parlamentə buraxsalar, "Erkin satıldı" deyəcəklər, ya da, buraxmasalar, deyəcəklər: "Erkin nəyə ümid edirdi? Buraxılmayacağını bilmirdimi?" İstənilən halda özlərini haqlı çıxaracaqlar”.
Cenub.az xəbər verir ki, bunu REAL Partiyasının üzvü Erkin Qədirli feysbuk hesabında yazıb.
O bildirib ki, yayılan söhbətlərə önəm vermir: “Onsuz da istədikləri kimi yozacaqlar. Mən nəyə layiq olduğumu, nəyi bacardığımı yaxşı bilirəm. Hakimiyyət çevrələrində mənə olan hörməti də duyuram. Ola bilsin, hansısa siyahıda adım da var. Çoxları məni öz siyahısında görmək istəyə bilər, hərəsinin də bunda öz məqsədi ola bilər. Bununla belə, istəyirəm ki, hər kəs bilsin - mən başqasının, özəlliklə məndən daha layiq olan birisinin yerini tutası deyiləm. Üstəlik, özümə yaraşdırmadığım yollarla başqalarından önə çıxmayacağımı da bilirəm”.
Qeyd edək ki, E. Qədirli 16 saylı Yasamal seçki dairəsindən parlamentə namizəddir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10