Masallıda 31 yaşlı zabit yaşadığı evdə intihar edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin baş zabiti Rəvan Nəsibov Masallıda kirayədə yaşadığı 61 saylı mənzildə damarlarını kəsərək intihar edib.
Məlumatda qeyd edilir ki, onun ailəsi Gədəbəy rayonunda yaşayır. İşi ilə əlaqədar Masallıda kirayədə qalırmış. Bu il noyabrın 30-da Bakıda toyu olub. 1988-ci il təvvəldlü imiş. Bu gün, dekabrın 24-də işə gəlmədiyi üçün iş yoldaşları onun evinə gedib və onu damarlarını kəsmiş vəziyyətdə görüblər. İntiharın səbəbi hələ ki, bəlli deyil.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Cenub.az