4446 metr yüksəklikdəki dağ zirvəsinə də Rusiya prezidentinin adı verilib...
Qırğızıstanda dağ-xizək istirahət bazasının ərazisində Rusiya prezidenti Vladimir Putinə abidə qoyulub.
Ölkə paytaxtı Bişkek yaxınlığındakı "ZİL" istirahət mərkəzinin rəhbərliyi tərəfindən belə bir fövqəladə qərar Rusiya rəhbərinə minnətdarlıq və hörmət əlaməti olaraq, eyni zamanda Rusiyanın maliyyələşdirdiyi xüsusi bir fondun xizək bazasının inkişafı üçün 1,2 milyon dollar məbləğində kredit ayırması faktı nəzərə alınaraq qəbul edilib və əmək kollektivi tərəfindən dəstəklənib.
Bazanın direktoru Akbar Roziyev Rusiya prezidentinə abidə ucaltma qərarını izah edərkən belə deyib:
“Mən Putini xüsusi seçilmiş bir insan hesab edirəm. O, mənim üçün bir kişilik, əxlaq nümunəsidir. Bütün işçilərimiz ona ən yaxşı yerdə abidə ucaltmaq fikrini dəstəklədilər...”
A.Roziyev məhz Qırğızıstan-Rusiya fondunun maliyyə dəstəyinin yerli turizmin, xüsusən aktiv qış istirahətini sevənlər arasında çox populyar olan xizək bazasının inkişaf etdirilməsinə imkan verdiyini vurğulayıb.
"Bəli, həqiqətən, Putin böyük bir insandır" –deyə A.Roziyev təkrar edib.
Ancaq fotodan da göründüyü kimi, Rusiya liderinin heykəlinin arxasında açıq-aydın "tualet" yazısı görünür... Bir çox qırğızıstanlılar da qeyd edib ki, Putinin abidəsinə o qədər də yaxşı yer seçilməyib...
Xatırladılır ki, Qırğızıstandakı 4446 metr yüksəklikdəki dağ zirvəsinə Rusiya prezidentinin adı verilib.
moderator.az