Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

YAP-ın namizəd siyahısı hazırdır – Bu tarixdə açıqlanacaq


“YAP-ın deputatlığa namizədlər siyahısı sabah axşam, ya da dekabrın 25-i günorta radələrində açıqlana bilər”.
Bu barədə etikxeber.az-a YAP-dakı mötbər mənbə məlumat verib.
Məlumatda qeyd olunur ki, namizədlər siyahısı son dəfə 20 nəfərdən ibarət İdarə Heyətinin müzakirəsindən  və təsdiqindən sonra YAP-ın rəsmi saytı vasitəsi ilə ictimaiyyətə və mediaya açıqlanacaq. YAP-dakı mənbələr hər iki tarixi istisna etmir:“Siyahı sabah axşamüstü də açıqlana bilər. Amma çox yəqin ki, 25-i açıqlanacaq. Çünki zaman getdikcə daralır…”-deyə, YAP-dakı mənbələrdən biri qeyd edib.
Onu da qeyd edək ki, YAP-ın namizədlər siyahısında Vasif Talıbovun, Siyavuş Novruzovun, İsa Həbibbəylinin, Səməd Seyidovun, Əli Hüseynlinin, Aydın Hüseynovun, Ziyafət Əsgərovun, Sevinc Fətəliyevanın və digərlərinin adları var.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10