Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Kanalizasiyada yaşamışam": İngiltərədə evsizlər - onlar kimdir?



Rəsmi statistikaya görə, İngiltərədə evsizlərin sayı 2010-cu illə müqayisədə iki dəfə artıb. Bəs görəsən, insanlar necə olur ki, evsiz qalırlar, küçədə yaşamalı olurlar, necə olur ki, küçədə yaşayaraq sağ qalırlar?
Minlərlə insan gecəni küçələrdə keçirir. Sonuncu dəfə 2018-ci ildə onları saymağa çalışdılar – İngiltərədə cəmi bir gecə ərzində sayılmış insanların sayı 4677 təşkil edib.
Bu, əvvəlki ilə nisbətən 2% az, lakin 2010-cu illə müqayisədə 165% çox olub.
“Soyuq və qorxulu”
Dirk Holdinqin 51 yaşı var – o, ömrünün çox hissəsini küçədə keçirdiyini söyləyir. Bu ilin əvvəlində İngiltərənin cənubunda, Brighton şəhərində bir kanalizasiya şaxtasında dörd ayadək yaşayıb. On yaşından başlayaraq mütəmadi olaraq küçədə yaşamalı olub.
O, deyir ki, o zaman internatda cinsi zorakılığa məruz qaldığından oradan qaçıb. Evsizliyin ilk dövründə ağrıkəsicilərə aludə olub. Bu vərdişdən yaxa qurtara bildiyindən həbsxanaya düşüb.
Ancaq sərbəst buraxıldıqdan sonra, onun sözlərinə görə, narkomanlar qalan olan bir evə yerləşdirildiyindən yenidən küçədə yaşamağa üstünlük verib. “Küçədə soyuq və qorxuludur, – o deyir. – Növbəti anda başına nə iş gələcəyini heç vaxt bilmirsən. Yatdığınız vaxtın yarısını sadəcə gözüyumulu uzanmış halda keçirirsən, yuxulumaq alınmır, çünki beyin işləməkdə davam edir, odur ki, lazım olduğu kimi yuxulaya bilmirsən”.
“Evsiz olmaq, insanların bir-birlərinə bıçaqla hücum çəkməsinin, dava-dalaşın və digər dəhşətli hadisələrin şahidi olmaq deməkdir”, – Derk davam edir.
“Mənim üçün ən pis vaxt kanalizasiyada yaşamağım oldu. İnsanların sizə yuxarıdan aşağı baxmasından və heç bir şeyə yaramadığınızı düşünməsindən doğan alçaldıcı hissdən bezdim. Və sadəcə kanalizasiyada yaşamağa qərar verdim”.
“Orada bir yataq kimi bir yer düzəltdim. İlk gecə çox soyuq oldu, mən tamam islanmışdım, ətrafda siçovullar qaçırdı. Dəhşət idi – soyuq və nəmişlik idi, amma sağ qaldım”.
Dirk Holdinq küçələrdə ucadan şeir oxumaqla pul qazanır, eyni zamanda Sussex rayonunda Evsizlərə Dəstək xeyriyyə cəmiyyətində könüllü olaraq çalışır və təşkilatdan aldığı ianələri digər evsiz insanlara paylayır. “Başqalarına kömək etməyə çalışıram, ruhdan düşməməyə çalışıram. İndi cəmiyyətimiz haqqında daha yaxşı düşünürəm”.
“Hamımız narkoman və alkoqolik deyilik”

Evsiz insanların çoxu kişilərdir, lakin son hesablamalara görə, onlardan 642 nəfəri (yəni 14%) qadındır.
30 yaşlı Samanta Bird iki ildir ki, Birmingham küçələrində yaşayır. “Cəmi bir yaşım olanda məni uşaq evinə verdilər. Sonra məni bir ailədən digərinə ötürürdülər”, – o deyir.
“Birmingemə qayıtdım və əvvəlcə digər insanlarla bir evdə yaşadım, amma ciddi psixoloji problemlər yaşamağa başladım və psixiatrik xəstəxanaya göndərildim”. “Xəstəxanada olduğum müddətdə mənzil ödənişi maddi yardımı almadığım üçün ev sahibi 28 gün ərzində evi boşaltmağımı tələb etdi. Xəstəxanada olduğumu izah etməyə çalışdım, tibbi sənəd göstərdim – amma sahibkar buna əhəmiyyət vermədi”.
Samanta deyir ki, küçədə yaşamaq təhlükəlidir və yoldan keçənlər tez-tez ona yuxarıdan-aşağı baxırlar. “Dostum səkidə yatırdı, yolda keçənlərdən kimsə onun sifətinə təpiklə vurub gedib”, – o deyir. “Mən istərdim ki, insanlar bizi mühakimə etməkdənsə, sadəcə, yaxınlaşıb, nəyə görə küçədə qalmağımızla maraqlansınlar, daha deməsinlər ki, bax, o narkomandır, bu isə alkoqolikdir … Biz hamımız heç də belə deyilik.”
Küçədə yatanların sayı nə qədərdir?
İngiltərədə 2018-ci ildə bir payız gecəsində 4677 evsiz insanın küçələrdə yatdığı müəyyən olunub. Bunlardan 1283 nəfər Londonun payına düşür. Ancaq bu rəqəm yalnız küçədə, açıq havada və ya yararsız binalarda, avtomobil dayanacaqlarında və bu kimi digər yerlərdə yatanları əhatə edib.
Evsizlər üçün yataqxanalarda və ya sığınacaqlarda qalanlar isə bu rəqəmdə nəzərə alınmayıb, halbuki rəsmi olaraq onlar da evsizlərə kateqoriyasına aid edilir. Rəsmi olaraq evsiz sayıldıqları halda evsiz sığınacaqlarda və ya yataqxanalarda olanlar sayılmadı.
London şəhər administrasiyasına görə, heç olmasa müvəqqəti də olsa küçədə, getdikcə daha çox insan gecəməli olur. 2018-2019 maliyyə ilində təkcə İngiltərə paytaxtında sosial sahənin işçiləri 8855 evsiz insanlara yardım göstərib.
Bütün günü körpünün altında keçirirəm

Antoni Linkoln şəhərində küçələrdə gecələyir və deyir ki, bu il ərzində ikinci dəfədir ki, evsiz qalıb.
“Hər şey narkotik və həbsxanaya görədir. Həbsxanadan beş həftə əvvəl çıxmışam”. Antoni digər evsizlərlə birlikdə böyük bir mağazanın kandarında yatır. “Mən Daz və Jekə baxıram. Başqalarının yanında olmağı və birtəhər kömək etməyi xoşlayıram”, – o deyir.
“Mağaza işçiləri bizi səhər saat yeddidə oyadırlar. Bundan sonra əşyalarımı yığıram, səhər yeməyinə gedirəm, metamfetamin əldə edirəm və sonra bütün günümü körpünün altında keçirirəm.”
“Mən küçədə o qədər çoxdandan qalıram ki, bir daha həbs olunmaq istəməzdim. Əlbətdə bu kədərlidir, amma həbsxanadansa küçədə qalmağa üstünlük verərdim”, – Antoni davam edir.
O deyir ki, yoldan keçənlərin evsizlərlə, sadəcə, salamlaşmasını istərdi. “Onlara yuxarıdan-aşağı baxmaq və ya uzaqdan görub yolun o biri tərəfinə keçmək lazım deyil. Bu, hər kəsin başına gələ bilər. Əvvəllər mənim də hər şeyim var idi.”
İstərdim evim olsun

Davidin 28 yaşı var. Onun sözlərinə görə, 15 yaşı olanda anası onu evdən qovdub. O deyir ki, Birmingemdə yoldan keçənlər onu görməməzliyə salır.
“Gəlib mənimlə bir neçə dəqiqə söhbətləşmək 20 funt mənə verməkdən qat-qat yaxşıdır”. “Hər şey qaydasına düşəcək, buna əminəm. Bəlkə artıq gələn il öz mənzilimə sahib olacağam və ya heç olmasa normal bir işi tapılacaq”, – o deyir.
David küçədə yaşamaqdan qorxmadığını söyləyir. “Mən uzun müddətdir ki, Birmingemdə qalıram və çoxlarını tanıyıram. Hər hansı bir problem yaransa, mütləq bilirəm ki, sadəcə şəhərin mərkəzinə getsəm orada kimlərsə köməyimə gələcək”, – David bildirir.

konkret.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10