Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu işi görənə hələ bu dünyada 5 cəza verilər...


Ən ağır günahlardan biri də Allahı unutmaqdır. Hər kim Allahı unudar, dünyada çox sayda giriftarlıqlara düçar olar. Çünki nəfsinə və şeytana xidmət edər.

 

Allahı unutmağın dünyada gətirdiyi bəlalara diqqət edək.

 

1. İstidrac sünnəti. “Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular”. (“Ənam” 44).

 

2. Çətin və dözülməz həyat. Hər kim Allahı unudar, Allah da onu unudar və İlahi lütfdən məhrum edər. “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).

 

3. İlahi əzab. “Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik”. (“Əraf” 165).

 

4. Şeytanla (lən) yoldaş olar. Allahı unudan insan şeytana itaət edər və onun mütisi olar. “Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa), ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq”. (“Zuxruf” 36).

 

5. Dünya və axirətdə batini kor olar. “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).

 

Bu saydıqlarımız Allahı unudanların dünya bəlaları idi, axirətdə isə onları daha ağrılı əzablar gözləyir. (Tebyan)

 

Allah Təala bizləri belə acı aqibətdən qorusun.

 
/Deyerler.org/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10