Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Milli Məclisi o qədər hörmətsiz hala gətiriblər ki, az qala bir məzhəkə mərkəzi statusundadır"



"Qanunverici orqanı şərəfləndirmək və qiymətə mindirmək üçün daha çox hüquqşünaslar və iqtisadçılar seçkidə iştirak etməlidir"

Keçmiş millət vəkili, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev açıqlamasında növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməməsi səbəbinə aydınlıq gətirib:

"Parlament marafonuna qoşulmamağımın bir neçə səbəbi var. Birincisi, YAP-ın üzvü olduğum üçün məni partiya təklif etməlidir. orada da siyahıya düşmək çox çətindir. İkincisi, seçkinin vaxtı elan olunan kimi elə adamlar namizədliyini irəli sürdülər ki, mən özümü onların yanında görə bilmədim. Üçüncüsü, özünü buraxmış parlamentin üzvlərinin əksəriyyətinin yenidən yarışa qoşulması anlaşılan deyil. Əgər yaxşı idisə niyə buraxılırdınız? İndiyə qədər müasir zamanla ayaqlaşa bilmədiyinizi dediniz nə, yenidən zamanın "balağından" sallanmaq istədiyiniz nə? Dördüncüsü, parlamenti gəncləşdirmək kütləvi olacaqsa ciddi problemlərlə üzləşəcəyik. Qocalarla cavanların siyasi "dueli" heç kimin qələbəsi ilə bitməyəcək. Beşincisi, Milli Məclisi o qədər hörmətsiz hala gətiriblər ki, az qala bir məzhəkə mərkəzi statusundadır. Qanunverici orqanı şərəfləndirmək və qiymətə mindirmək üçün daha çox hüquqşünaslar və iqtisadçılar seçkidə iştirak etməlidir. Bizdə isə rəhmətlik H.Əliyev demişkən, "Biləcəridən o tərəfdə tanınmayanlar" seçkidə iştirak edirlər. Əgər belələri hansı yollarlasa MM-ə düşəcəklərsə, onda keçmiş parlamentin üzvlərinin ölənlərinə rəhmət oxuyacağıq. Təki növbədənkənar parlament seçkiləri millətimiz və dövlətimiz üçün xeyirli olsun".
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10