Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçıları dövləti böyük müşküllə üz-üzə qoyublar: "Xalqın canı çıxsın..."



Şəhərsalma cinayətləri dövlətə daha ağır zərbələr vurur
 
Lap son dövrlərə qədərə şəhərsalma ilə bağlı səlahiyyətlər rayon və şəhər icra hakmiyyətlərinə məxsus olub. Son 20-25 ildə, xüsusən böyük neft pulları daxil olmağa başladığı 2005-ci ildən sonra tikintinin geniş vüsət alması daha çox şəhərsalma pozuntuları il müşaiət olunub.
 
Məskunlaşma əraziləri salınarkən şəhərsalma normaları kobud şəkildə pozulub, standartlara uyğun yolların və piyada keçidlərinin, parklama üçün yerlərin, yaşıllıq ərazilərinin saxlanması təmin edilməyib, sosial və nəqliyyat infrastrukturunun əhalinin artımına uyğun formalaşdırılması ümumiyyətlə diqqətdə olmayıb.
 
Əslində şəhərsalma cinayətləri dövlətə daha ağır zərbələr vurur. Çünki, məsələn, hökumət şəhərsalma normalarında yol verilən yanlışları aradan qaldırararaq hansısa ərazidə yolları genişləndirmək, ekoloji fəaləkəti aradan qaldırmaq üçün yaşıllıq zonalarını genişləndirmək istəsə, sökəcəyi hər obyektə görə külli miqdarda kompensasiya ödəmələdir.
 
Amma bir vaxtlar icra hakimiyyətləri torpaqları qarış-qarış satanda, tikinti icazəsi verəndə bunların heç biri vecinə olmayıb, rüşvəti alıb qoyublar ciblərinə, deyiblər, “xalqın canı çıxsın, sonra ehtiyac olanda dövlət onun uşağının təhsilindən, səhiyyəsindən kəsib mənim yaramaz və rüşvətxor əməllərimi kompensasiya edər, necə olsa”.
 
Uzağa getməyək, Xırdalanda dəhşətli tıxaclar var, amma alternativ yollar və paralel küçələr salmağa yer və imkan yoxdur. Hər santimetrdə mənzil, obyekt tikilib. Son 15-20 ildə formalaşmış məskunlaşma ərazilərində, ən azı 2 minik avtomobilinin keçəcəyi normal bir küçə yox, ən yaxşı halda bir maşının hərəkət edəcəyi dalanlar saxlayıblar. Hətta yanğın halında yanğınsöndürmə maşınlarının hərəkəti müşküldür.
 
Çıxış yolu var: şəhərsalma normalarının ən kritik pozulduğu ərazilər müəyyən edilməli, vətəndaş cəmiyyəti və media, müstəqil memarlar və hüquqşünaslar bu prosesdə aktiv rol almalı, hər bir ərazi üzrə durum dəyərləndiməsi hesabatı hazırlanmalıdır.
 
İşdən çıxıb sağ olan, hazırda işləyən icra başçılarından kim varsa, bu əməllərinə görə cəzalandırmaqla yanaşı, vurduqları ziyanları hesablayıb onlara kompensasiya etdirilməli, kompensasiya və əmlakın müsadirəsi hesabına formalaşan fond şəhərsalmadakı yanlış qərarların düzəldilməsinə sərf edilməlidir.
ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10