- Qıza, Yardımlıdakı zəlzələdən xəbərin oldu?
- Sən zəlzələ işinə də baxırsan?
- Belə də. Deyirəm ki, bu bahalıqdan dağlar da tərpəndi, amma bizimkilər tərpənmədi.
- Qıza, tərpənib neyləyəcəklər? Gərək cibini tikəsən ki, narkotik atmasınlar, evdə qayçı da saxlamayacan ki, səni dövlət çevrilişində günahlandırmasınlar. Bizim hökumətdəkilər çox ağıllı insanlardır. İşi elə qurublar ki, hərənin 1-2 “quyruğu” olur. Bir az vəziyyət dəyişən kimi həmin quyruğu dartırlar, sən də mələyə-mələyə gəlirsən salama. Məsələn, tutaq ki, qalxıb ayağa, başladıq etiraz aksiyasına. Bir də görəcəksən ki, kəndimizdən rəhbər vəzifələrdə işləyənləri göndərdilər üstümüzə . Onlar da başlayacaq yalvarmağa ki, bizə yazığınız gəlsin, nə qədər maya qoyub vəzifə almışıq, indi sizə görə mayanı batıraq? Camaat da bir-biri ilə qohum. Bir də görürsən, birini boşanma ilə, birini arvad-uşaqla hədələyirlər .
-Yəni belə alçaqlığa da əl atırlar?
- Bəs seçkilər yadında deyil? Saxtalığa görə protokola imza etməyib qaçanların arvad-uşağını polisə apartdırmırdılar?
- İndi deyirsən ki, ölu bit kimi büzüşüb oturaq yorğanın küncündə?
- Yüz dəfə sənin kimi Fatmanisədən olsun, neyləyəcəksən? Uzaq başı bir dənə imansız tapıb səni şərləyəcək , ya da ... Bizim adamları tanımıırsan? Elə-belədə hamı müxalifəti söyür, adam yerinə qoymur. İndi bahalıq başlayıb, həmin şəbəbə coşanlar deyir ki, müxalifət haradadır? Niyə meydanlara çıxmır? Yəni, niyə bizim əvəzimizdə qışqırmır, döyülmür, biz də yığdığımızı rahatca yeyək.
- Qıza, yumurtanın bahalaşmasının toyuğa heç bir xeyri yoxdur.
- İkibaşlı sözləri bir tərəfə qoy e. De görum, indi nədən yaxşı pul çıxartmaq olar ?
- Əvvəllər yalan yaman ucuzlaşmışdı. İndi bir az bahalaşıb. Yəni, heç kim abırsızlıq edib, televizora çıxıb bahalığı tərifləmək istəmir. Deyirlər ki, bu işə yaxşı pul verirlər. Sən də gündə bir kanala çıx, başla bu bahalığı imansızlıqla tərifləməyə. 5-6 kanal var da. Hərəsində də bir dəfə çıxış eləsən, bu bazar bağlanacaq. O bazar bağlanar, kecərsən, təzə bazara. Köhnə bazarda tikiləcək təzə bazardakı yerlərə müştəri tapmaq üçün də peşəkar dəllal axtarırlar. Elə dəllal ki, təkcə qiyməti yox, böyüklərlə yarıbayarı şərikliyini də həll edə bilsin.
- Bəs falçılıq eləsəm necə?
- O da pis deyil. Hər falaçdırana desən ki, bir ağac kəssən, bir bardur aşırtsan, bazarda 2 dükan alsan, səni xoşbəxtlik gözləyir - onda böyüklər də səni qoruyar.
- Elə cəpər ustə söhbət edəcəyik? Bəlkə, məni evə dəvət edəsən?
- Sən öz evinə niyə gemirsən?
- Elə gündə bir qonşuda otururam ki, işıq pulunu da, qaz pulunu da sayğac az yazsın.
Zahir Əmənov