Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

AMEA-dakı yoxlamaların əsas səbəbi:



milyonluq tenderlər, mənimsəmələr, yeni həbs dalğası...


Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin İşlər İdarəsində Hesablama Palatası tərəfindən yoxlamalara başlanıldığı barədə məlumatlar yayılıb. 

Məlumatı AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov da təsdiqləyib.

O bildirib ki, yoxlamaların aparılmasında qeyri-qanuni məqam yoxdur: "Hesablama Palatası hər il bu cür yoxlamalar aparır. Burada qeyri-adi nəsə yoxdur. AMEA-da yoxlamalar aparmağa Hesablama Palatasının tam səlahiyyəti var. Yəqin ki, əvvəl-axır Folklor İnstitutunda da yoxlamalar aparılacaq".

Yayılan məlumatda bildirilir ki, Hesablama Palatası tərəfindən aparılan yoxlamalar AMEA-nın yeni prezidenti, akademik Ramiz Mehdiyevin müraciəti əsasında başlayıb.

Arqument.az AMEA-dakı mənbələrdən yeni informasiya əldə edə bilib. 

 
AMEA-dan Arqument.az-a verilən məlumata görə, hazırda Akademiyanın fəaliyyətini bir neçə qurum araşdırır: "Bildiyiniz kimi, AMEA-da uzun müddətdir ki, rəhbərlik tərəfindən elmi işçilərə qarşı haqsızlıq hökm sürürdü. AMEA-da korrupsiya gənc alimlərin xaricə elmi konfranslara, praktikalara göndərilmələrindən tutmuş, onlara verilməli olan mənzillərə qədər hər yeri əhatə edir. Burada görün hansı vəziyyətdir ki, kirayələrdə ömürlərini çürüdən, günortalarını akademiyada naharsız yola verən gənc alimlərin evləri birbaşa AMEA-nın prezidenti, vitse-prezidenti, İşlər İdarəsinin müdiri tərəfindən mənimsənilir. Bu ilin iyun ayında mətbuatda AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə:72;73)Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişnin 5-ci mərtəbəsində 241saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man), Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75) Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man), AMEA-nın Vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man) və AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3kv.m) mənzil (dəyəri 133725 man) sənədləşdirilməsi barədə xəbər dərc edildi. Dəhşətli məqam isə budur ki, bu qədər açıq korrupsiya faktına dövlətin aidiyyatı orqanları susdu...". 
 

AMEA-da milyonluq tender maxinasiyalarının olduğunu da deyilir: "Artıq hamıya gün kimi aydındır ki, dövlət başçısının hökumətdə apardığı kadr və struktur islahatı və iqtisadi şəffaflıq AMEA-dan da yan keçməyəcək. Hər il dövlət büdcəsindən AMEA-ya on milyonlarla vəsait ayrılır. Ayrılan vəsaitlərin böyük hissəsi AMEA-nın İşlər İdarəsi və İnstitutları tərəfindən satınalmalar yolu ilə mənimsənilir. Bunu keçirilən tenderlərə nəzər yetirəndə görməmək mümkün deyil. Sadə bir misal: Məsələn, 2018-ci ildə AMEA-nın İşlər İdarəsi Lətifoğlu MMC adlı şirkətə bir milyona yaxın təmir işləri veriblər. Bu il isə, konkret olaraq 2019-cu ilin fevral ayının 22-də 12 lot "Təmir Tikinti" işləri üzrə 680.000 manatlıq tender müqaviləsi imzalayıb. Təsəvvür edin ki, bir şirkət eyni gündə AMEA-nın İşlər İdarəsinin 12 tenderinin qalibi olub. Ayrılan vəsaitlərin mənimsənilməsinə əmin olmaq üçün tək Zoolofiya İnstitutuna gedib baxmaq kifayət edir".
 
Mənbə onu da bildirib ki, AMEA-da aparılan yoxlamaların sonunda xeyli sayda vəzifəli şəxslər işini itirə, hətta həbs oliuna bilərlər.

demokrat.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10