Qarabağ döyüşləri təkcə can evimiz Qarabağ torpaqlarında deyil, qəlbimizdə yara açıb. Hələ də qan verir, yəqin o torpaqlar geri alınmayınca da belə olacaq, sağalmayacaq, sağalmasın da - torpaqlarımızı azad etməyincə sağalmasın…
Bu ovqatın təzə, yaralarımızın açıldığı vaxtlara düşdü “Cənab leytenant”, “Əsgər, vətən əmanəti”, “İgid əsgər, möhkəm dayan!” adlı mahnılar. Elə bil göynərtisi bizi göyə çəkən yaramıza azacıq məlhəm oldu bu mahnılar. Dinləyib, sözlərində, motivində ürəyimizdən keçənləri duyduq, qəlbimizə təsəlli kimi qayıtdı o musiqilərdən yaranan ümidlər. Onsuz da hər birimizin həyatında yolunu gözlədiyimiz əsgər, leytenant, qəlbimizə gömdüyümüz şəhid vardı.
O gün gələcək, qəm yemə, qəm yemə
O vaxt dönəcəm mən sənə, mən sənə
Hələ yad əldədir yurdumuz-yuvamız
Bitib-tükənməyib o qan davamız.
Hay ver mənə, cənab leytenant
Hay ver mənə, leytenant
Xoş müjdəli bir savaşdan
Pay ver mənə, leytenant.
Şəhidimiz, yaralımız, torpaq, yurd, ocaq nisgili yaşayırdıq.
Döyüşlərdə bərkiyəcək son sözünü demək üçün.
Haqq yolundan dönməyəcək azadlığa yetmək üçün.
Haqq yolundan dönməyəcək azadlığa yetmək üçün
Əsgər, vətən əmanəti, yurd əmanəti.
Əsgər, ocaq əmanəti, od əmanəti.
“Mənim üçün “Əsgər, vətən əmanəti” mahnısının bir başqa anlamı var, izaholunmaz...” Bu, onun müəllifinin sözləridir. Şahin Musaoğlunun. Çox haqlıdır, izaholunmaz hisslər yaşadır adamda o mahnıdan süzülən ovqat.
Mənim üçün Şuşanın öz simvolu var, Gəncənin də həmçinin. Yurd yerlərimiz, torpaqlarımız mənə öz simvolları ilə çox əzizdir. Sözügedən mahnıların müəllifi Şahin Musaoğlu mənə yaralı yurd yerlərimizin, alovu öləzimiş ocaqlarımızın simvoludur. Qəribədir... görünür, başqa həmkarları kimi – mənim işim doktorluqdur – demədən, etdikləri ilə kifayətlənmədən bu ağır illərdə - yurdum üçün başqa nə edə bilərəm - deyə, içindən gələn səsin arxasınca getdiyindən, insanlığından, vətənə, yurda, torpağa bu qədər həssaslıqla yanaşmasından yaranıb qəlblərdəki ruhani abidəsi... Belə getsə, yalnız mən danışacam, amma əslində Lent.az -ın müsahibi Şahin Musaoğludur...
- Sizi necə təqdim edəcəyimi bilmirəm – şair, bəstəkar, jurnalist, yazıçı, yoxsa həkim?
- Heç özüm də bilmirəm... Məsləyim həkimlikdir. 32 ildir işimə sevə-sevə gedib-gəlirəm. Bu 32 il dolu həyat olub mənim üçün.
- Yəqin ilkin seçdiyiniz peşə olduğu üçün?
- Yəqin ki. Müharibə olmasaydı, bəlkə də mən yaradıcılığa gəlməzdim. Əslində, 4-cü sinifdən şeir yazırdım. İlk şeirimi anama yazmışam. Sonra təbiətlə bağlı şeirlərim olub. O vaxt Azərbaycan radiosunda uşaqlar üçün “Çapar” verilişi vardı. İlk şeirimi də o vaxt “Çapar” verilişində oxumuşam. Bölgələrdən yaradıcı uşaqları yığıb o verilişdə yaradıcılıqları ilə tanış edirdilər dinləyiciləri. “Pioner” qəzeti vardı. Tez-tez ora şeirlərimi göndərirdim, çap olunmurdu. Bir gün mənə bir məktub gəldi. Açdım oxudum, qəzetin baş redaktoru yazmışdı. Elə sevinmişdim. Baş redaktor məktəbliyə məktub yazıb, imtina da olsa gözəl yazmışdı. Yazmışdı ki, gözəl yazırsan, təəssüf ki, bizdə uşaqların şeirləri çap edilmir. Sən öz üzərində işlə, çox oxu, böyüyəndən sonra biz sənin şeirlərini çap edərik. Son vaxtlara qədər o məktubu saxlayırdım, sonra evdən evə köç prosesində itirdim.
- Demək, istiqamət yazı-pozu imiş, amma böyüyəndə həkimliyi seçmisiniz, valideynlərin iradəsi ilə?
- Gözümü açandan evdə həkim görmüşəm. Ana tərəfdən babam, dayım, xalam, anam hamısı həkimdi. Atam riyaziyyatçıdır, məni o tərəfə çəkmək istəyirdi. Süfrənin başına gələn kimi riyaziyyatdan sual verirdi, adamın iştahı bağlanırdı (gülümsünür). Hazırlamışdı məni Xalq Təsərrüfatı İnstitutuna, sənədlərimi də ora vermişdim. Düşünürdüm ki, valideyndir, gələcəyim üçün yaxşısı nədirsə onu bilir. İmtahanlara bir gün qalmış fikrimi dəyişdim. Ordan sənədlərimi alıb, günün sonuna yaxın gətirdim o vaxtkı Tibb İnstitutuna. İndi hamının tanıdığı Rəşid həkim var e, efirlərdə çox olur. O götürdü sənədlərimi, gülə-gülə dedi “bala, sən elə sabah imtahanlara gələndə sənədlərini də verərdin”. Sənəd qəbulu mənimlə başa çatdı. Öz inadımla Tibb İnstitutuna qəbul olundum, dörd dördlə, tərifnamələrimin köməyi ilə qəbul olundum. İnstitut illərində də şeirlər yazırdım, ədəbi görüşlərdə fəal iştirak edirdim. Özüm üçün, ətrafım üçün yazırdım.
1991-ci il dekabrın 7-də ilk dəfə I Batalyonun Şəhidlər Xiyabanında andiçmə mərasimi oldu, ordan onları cəbhəyə yola saldıq. “İgid əsgər, möhkəm dayan” mahnısının sözlərini o vaxt elə orda yazdım.
- Bəs, Milli Qəhrəman Yusif Mirzəyevə həsr edilməmişdi o mahnı?
- Mahnını sonradan həsr eləmişdim. Sözləri o vaxt yazmışdım. Bir il çəkdi mahnının yazılması. Demək istədiklərimi deyə bilməmişdim şeirdə. Dəfələrlə qayıdırdım üstünə, misralarda demək istədiklərimi düzəldə bilmirdim. Axırda düşündüm ki, bəlkə buna musiqi yazım. Orta məktəbdə oxuyanda musiqi məktəbinə gedirdim, tar çalırdım. Böyüdükcə, tarı gitara ilə əvəz etdim. Özüm gitarada “İgid əsgər, möhkəm dayan ” mahnısının akkordlarını vurdum.
- Daxili ehtiyacdan yaranıb, “mən də nə isə edim” istəyindən...
- Yaradıcılığımın özülü oldu bu mahnı, bayraqdarı oldu.
- Sonra “Birinci batalyon”, “Cənab leytenant”... Ardıcıllıq belə idi?
- “İgid əsgər”dən sonra “Çağırır vətən”, “Ağ ümid” həkimlərə həsr edilib. “Birinci batalyon” dördüncü mahnımdır. Sonra da “Əsgər, Vətən əmanəti”...
- Ardıcıllığı qəbul olunma sayına görə düzsək?
- “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant”. Məndən bir xanım jurnalist soruşdu ki, “İgid əsgər, möhkəm dayan”, yoxsa “Cənab leytenant”? Dedim “Əsgər, vətən əmanəti, yurd əmanəti”. Bu mahnı mənə daha doğma gəlir.
- Elə bil, bir-birinin ardıdır, tamamlayırlar o mahnılar.
- “Ağ ümid” mahnımı o vaxt orkestrlə yazmışdıq, amma mən istəyirəm ki, onu da bu mahnılarım kimi ancaq gitara ilə yazam. Danışmışdıq Müdafiə Nazirliyinin Mahnı və rəqs ansamblının iki solisti ilə, indiki gənclər çox tənbəldilər. Mahnı da verirəm, studiyanı da danışıram, bu gün-sabaha salırlar.
- Xoşum gəlmir “bizim dövrümüzdə belə idi, elə idi” deməkdən, amma həqiqətən çox fərqlidir.
- Müharibə başlayanda çoxlu yaralılar gəlirdi, insanlar öz yaralı yaxınlarının harda, hansı xəstəxanada olduğunu tapmaqda çətinlik çəkirlər, günlərlə axtarırlar. Öz təşəbbüsümlə bir həkim, bir vətəndaş olaraq dedim yardımım dəysin. Ölkə təzə müstəqil olub, pərakəndəlik var. Biz müharibə uşaqları olduq. Özümüzü atdıq köməyə, möhkəmləndik, yetişdik, bərkidik. Tənbəllik bizə yad oldu.
- Hər kəs öz zəmanəsinin yetirməsidir. Bizim dövrümüzdə elə tələb olunurdu, daha diri olduq. İndi bu sakitlik dövrünün uşaqları da tənbəldilər.
- Çətin dönəmlər güclü insanlar yaradır. Güclü insanlar gözəl həyat qururlar. Gözəl günlərdə zəif insanlar çıxır meydana. Zəif insanlar yenə ağır dönəmlərə düşürlər. Yenə fırlanır, təkrar olunur.
- Görünür, elədi. Bir mərkəz yaratdınız...
- Hökumət də müraciətimə müsbət yanaşdı. Operativ qərargah yaratdıq. Bölgələrdəki böyük şəhərlər, rayon mərkəzləri də bizə tabe oldu. Bütün qəbul şöbələri ilə əlaqəmiz oldu. Bütün informasiyalar toplanırdı, kartotekada ad, soyad, hansı bölgədən olduğu yazılırdı. Baxdım ki, bura hansı yara ilə daxil olduğunu da əlavə etsək, həm də hərbi arxiv formalaşar. Mən həkiməm, səhra terapiyasını, cərrahiyyəsini bilirəm. Zaman keçəcək, tədqiqatlar aparılacaq ki, Qarabağ müharibəsində yaralanmalar, travmalar, yanıqlar, nələr, nələr nə qədər olub. Bu təsnifatlar tarixdi, arxivdi. Gündüz Qədirli adına Xəzər Dəniz Gəmiçiliyi Xəstəxanasında işləyirdim. Bəzən valideynləri elə iş yerimdə qəbul edirdim.
- Həyat özü diktə edib ki, bu işləri görmək lazımdır. O zaman Şəmistan Əlizamanlı hərbi diktor idi. Sonradan sizin mahnıların əvəzolunmaz ifaçısı oldu. Necə oldu onunla tanışlığınız?
- Günlərin bir günü xəstəxanadakı otağımın qapısı döyüldü, bir nəfər xəstəxana qiyafəsində girdi içəri, gördüm tanış simadır. Ondan bir il əvvəl Sabir adına bağda çayxanada bir dostumuz məni Yusif Mirzəyevlə tanış etmişdi. Gənc Tamaşaçılar Teatrının yanında böyük pavilyonu vardı Yusifin, təhvil verib, öz ərizəsiylə gedib Qarabağ döyüşlərinə. Gördüm Yusifdir. Çox sevindim onu görməyimə. Müayinədə aşkar olundu ki, böyrəklərində problem var. O diaqnozla hərbidə olmaq olmazdı. Yusif razılaşmırdı, deyirdi qayıdacam. Dekabr ayı idi, elə bu vaxtlar.
- Söhbət vaxtına çəkib...
- Bəli. Dedim, təhlillər göstərir ki, getməməlisən cəbhəyə. Urologiyada yatırdı Yusif. Şəmistan da onun yanına gəlirdi. Məlum oldu ki, Şəmistan da müalicə almalıdır, o da qaldı. Tez-tez baş çəkirdim ikisinə də. Yusifin də evi xəstəxanaya yaxın idi. İkiotaqlı ev vermişdilər ona, əşyalarını evə yığıb, getmişdi cəbhəyə. Yanına çox gələn olurdu. Bir dəfə dedi ki, altı-bazar evə çıxacam, çox adam gəlir, yoruluram, gedib birinci gün qayıdacam. Dedi ki, vaxtın varsa, gedək bizə, anam yemək göndərib, oturaq söhbət edək. Getdik, Yusif süfrəni hazırlayınca mən gördüm evdə pianino var, keçdim piano arxasına başladım bu “İgid əsgər, möhkəm dayan”ı dınqıldatmağa. Yusif yaxınlaşdı ki, bu nədi, nə çalırsan? Dedim, öz mahnımdır. Qarmonu götürdü, o da başladı ritmi tutmağa. Yeyib-içəndən sonra çaldıq, oxuduq bu mahnını. Yusifin çox xoşuna gəlmişdi. Sonra palatasına baş çəkəndə görürdüm o mahnını oxuyur. Şəmistana da təklif edib ki, bunu oxu, Şəmistan razılıq vermir ki, müğənni deyiləm. Şəmistana da gərək israrla deyəsən, yoxsa tez razılaşan deyil. Belə-belə, elə palatada, mənim otağımda çaldıq, oxuduq. Sonrakı mahnılarımızı da Şəmistanla xəstəxanada yazmşam. Dekabrın 31-i gecə mənə zəng gəldi ki, ağır xəstə var, gəldim gördüm Yusifin xidməti maşını qapıda dayanıb. Xəstəyə necə baxdım, bilmirəm. Gəldim palatasına ki, hazırlaşır. Məni görən kimi dedi, bilirəm məni danlamağa gəlmisən, amma xeyri yoxdur, orda vəziyyət elədir ki, getməliyəm. Ordakı uşaqların bu yeni ildə mənim dəstəyimə ehtiyacları var. Bilirəm, canım əldən gedir, amma vətən də əldən gedir. Yola saldım, təkbaşına sürücüsü ilə getdi. Ondan sonra görüşmədik, şəhid oldu. Sonra eşitdim ki, o mahnını gedib orda əsgərlərinə də öyrədib. Biz də Şəmistanla qərara aldıq ki, qırxına qədər yazaq mahnını. Sənədli film çəkirdilər Yusif haqqında. Nəriman Əbdürrəhmanlı yazmışdı senarini, filmin sonunu bu mahnı ilə tamamladıq. Özümüzü yox, Yusifin xatirəsini qabağa verdik.
Ona qədər mahnını yazdırmaq üçün getdik AzTV-nin sədri Məmməd İsmayılın yanına. Dedi Şəmistana ki, sən müğənni deyilsən, diktorsan, olmaz sənə mahnı ifa etmək. Birtəhər razı saldıq, bu dəfə də sözləri bəyənmədi. Sonra Ağalar Mirzəni çağırdı ki, bu şeiri redaktə elə. Ağalar Mirzə şeiri qoydu kənara, eyni adda başqa bir şeir yazdı. Verdilər bizə, dedilər girin studiyada gözləyirlər. Şəmistana dedim mən getmirəm, o mənim şeirim deyil. Şəmistan aylarla buna hazırlaşmışdı, Yusif rəhmətlik bunu istəyirdi. Şəmistan öz hazırladığımızı oxudu, yazdırdıq. Nəqarat hissəsində orkestr də olmadı, Şəmistan özü fit çaldı, çox da yerinə düşdü.
- Şəmistan bəydən söz düşmüşkən, sonra aranız sərin oldu bir az. Nə baş vermişdi?
- Yaradıcılıqla bağlı deyildi. 20-yə yaxın mahnı yazmışıq onun ifasında. Olur də... Mən Müdafiə Nazirliyindən uzaqlaşdım, Şəmistan da uzaqlaşdı. Bir müddət o Türkiyədə çalışdı. Həm yollarımız ayrıldı, həm də aramıza girdilər. Konkret nə üstündə küsdüyümüzü deyə bilmirəm, ciddi səbəb yox idi. Bu gün də yaradıcılığımız davam edir.
- Yeni işlər başlayır?
- Başlayır. Bəlkə də zamana ehtiyac vardı. Mən də yaradıcılıqdan uzaqlaşmışdım, sırf həkimliyimlə məşğul olurdum. Bir qorxu vardı içimdə ki, əvvəlki səviyyədə yaza bilmərəm. Şəmistan da kənarlaşmışdı. İndi ikinci nəfəslə gəlirik. Məsuliyyət böyükdür, birinci etapı vurub keçməlisən. Gənclikdə günahlarımız da yox idi, saf idik, elə bilirdik həyat da elə göründüyü kimidir. İndi müdriklik başqa nəsnələr diktə edir. Daha dərin, məsuliyyətlə, sənətə sənətin gözüylə baxmaq var.
- Nəyi günah hesab edirsiniz ki?
- İnsan övladı həmişə günahlıdır.
- Düzəldilməsi mümkün olanlar günah hesab olunmur. Həm də sıfırlananlar da olur. Elə iş görürsən ki, günahların sıfırlanır.
- Yaşımızın o vaxtıdır ki, neyniyək ki, sıfırlansın düşünürük. Mövlana deyir, məxluqat üç növə bölündü. Birinci mələklərdir - onlara hər şey verdi, ağıl, şüur. İkinci məxluqatın adını heyvan qoydu – onlara qurşaqdan aşağı hər şey verdi, ağıl, şüur vermədi. Üçüncü məxluqatı yarı mələk, yarı heyvan yaratdı. Dedi ki, ağılla, şüurla nəfsinə qalib gəlsə, onun yeri mələkdən yuxarı olacaq, yox, əgər ehtiras, nəfs, şəhvət üstün olsa, yeri heyvandan aşağı olacaq. İnsan-yarı mələk, yarı heyvan məcundur.
- Hansı dövrünüzün şeiridi:
İndi özümün özümlə
Sonuncu davam çatışmır
İçimdə dərd nəfəs alır
Çölümdə havam çatışmır...
- 90-ların axırı, 2000-ci ilin əvvəli.
- Elə də düşünmüşdüm. “Yalquzaq” sənətinizin yüksək etapıdır.
- Ramiz Rövşənin sözləridir. Novruz bəy də ifa edib, Şəmistan da. Ramiz Rövşən də çox istiqamət verib o mahnını yazmaqda. O əhval Ramizə görədir, yəqin.
- Üç nəfərin əhvalıdır. “Həzi Aslanov” və “Fədai” medallarınız var.
- İkisini də Qarabağ veteranları veriblər. Dövlət tərəfindən heç bir mükafatım, ödülüm yoxdur. Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri kimi bölgələrə, əsgərlərlə görüşlərə çox gedirəm. Elə bir hərbi hissə yoxdur ki, “Cənab leytenant”ın bəstəkarı olduğumu biləndə azı bir, iki leytenant mənə yaxınlaşmasın ki, mən o mahnıdan sonra zabit olmuşam-leytenant olmaq üçün-deməsin. Çox şərəfli peşədir zabit olmaq. Hansı peşənin sahibinə, sən belə yaşayıb, belə öləcəksən demək olar və o, bunu məmnunluqla qəbul edər – zabitdən qeyri.
İntiqamı alınmasa Şəhidlərin, geri dönmə!
Son qələbə çalınmasa, silahınla sən öyünmə!

Əsgər vətən əmanəti, yurd əmanəti.
Əsgər ocaq əmanəti, od əmanəti.
Atılanda düşmən üstə qollarına təpər olsun.
Göz yoldadır qulaq səsdə, savaşımız zəfər olsun.

Hər birimiz əsgərik - torpaqlarımız işğaldadırsa. Bizi döyüşə, mübarizəyə səsləyən bu mahnıların yaradıcısının bir gün qələbə ovqatına köklənməsi arzusu ilə...
lent.az