Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Saakyanın qohumları Sərkisyanı Xankəndidə şil-küt elədi...- FOTO



Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim rəhbərliyi növbəti dəfə orada sülənən ermənilərə qarşı da amansızlıqla gündəmə gəlib.

Ermənistanın baş naziri N.Paşinyana yaxın saytların yaydığı məlumata görə, rejimin oyuncaq başçısı Bako Saakyanın qohumları əlil erməni Artur Sərkisyanı vəhşicəsinə döyərək xəstəxanaya düşməsinə səbəb olublar. 

Bu haqda separatçı rejimin qanunsuz “qanunverici”orqanının üzvü, “deputat” Ayk Xanumyan özünün “Feysbuk” səhifəsində paylaşım edib. Onun sözlərinə görə, B.Saakyanın qohumları tərəfindən döyülmüş əlil erməni  Artur Sarkisyan çoxsaylı bədən sınıq-çıxıqlarıyla xəstəxanaya yerləşdirilib və artıq 5-ci gündür ki, oradadır. 

“Polis  zərərçəkəndən heç bir ifadə almayıb və  hadisə barədə heç bir təhqiqat aparılmayıb. Görünür,  cinayəti gizlətməyə çalışırlar...”- “deputat” belə yazıb...
Moderator.az 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10