Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sosial mediadan aşırı istifadə qidalanmada ciddi problemlər yaradır - ARAŞDIRMA



Gənclərdə sosial mediadan istifadə ilə yemək davranışının pozulmasının əlaqəli olduğu üzə çıxıb.
Avstarliyalı araşdırmaçılar tərəfindən “Beynəlxalq Yemək Pozulmaları” jurnalında dərc olunan yazıda qeyd olunub ki, sosial mediadan 2 saat istifadə gənclər arasında yemək pozğunluğunun inkişaf etməsinə gətirib çıxarır.

Avropa Endokrinoloji Cəmiyyətinin direktoru. Dr. Okan Bülent Yıldız dünyada sosial mediadan istifadə edənlərin sayının artdığını, yaşının isə azaldığını bildirib. Belə ki, məktəb yaşlı uşaqların sosial şəbəkələrə marağı daha çoxdur. Yıldız bunun nədən qaynaqlandığını müəyyənləşdirməyin vacib olduğunu vurğulayıb.
Avstraliyanın bu məsələnin həlli üçün hərəkətə keçdiyini deyən Bülent Yıldız bildirib ki, tədqiqata 5 fərqli məktəbdən 7-8-ci sinif şagirdləri qatılıb:
“Şagirdlərin orta yaş həddi 13 olaraq təyin olunub. “Facebook”, “İnstagram”, “Snapchat” istifadəçisi olan 534 qız və 462 oğlanın qatıldığı araşdırmada gənclərin yemək və davranış standartları anketlərlə ölçülüb. Məlum olub ki, tələbələr arasında qızların 75 faizi, oğlanların 70 faizinin ən azı bir sosial media hesabı var. Bir tələbənin sosial mediada nə qədər hesabı varsa və onlardan aktiv istifadə edirsə, yemək davranışında pozulmaların yaranma ehtimalı daha yüksəkdir. İnstaqram ən çox istifadə olunan sosial mediadır. Bundan əlavə, şagirdlərdən qızların yemək davranışında olan pozulmalar oğlanlara nisbətən daha çoxdur”.
Bülent Yıldız, erkən yaşda yemək vərdişindəki pozulma ilə sosial media istifadəsi arasındakı əlaqənin hardan qaynaqlandığını dəqiq müəyyən etmək üçün araşdırmaların davam etdiyini bildirib. O, ilkin səbəb kimi, ailə, dostlar, sosial mediada paylaşımların xüsusiyyətləri və bir çox faktorların olduğunu söyləyib.
Son olaraq qeyd edilib ki, erkən yaşda yemək davranışında olan pozulmalar gələcəkdə diabet və köklük kimi metabolik xəstəliklərə səbəb ola bilər.

Konkret.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10