Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astarada narkotacir saxlanıldı - Üzərindən və evindən külli miqdarda narkotik çıxdı


Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində 1 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini əvvəllər məhkum olunmuş Teymur Baxşiyev narkotik vasitə olan 150 qram heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərində keçirilən baxış zamanı 60 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq T. Baxşiyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 380 qram narkotik vasitə olan heroin və 280 qram psixatrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Eyni zamanda T. Baxşiyevin borc pul müqabilində Astara rayon Ərçivan qəsəbə sakini İ. Qulamovun “Mersedes” markalı avtomobilini girov götürməsi müəyyən edilib və həmin avtomobil saxlanılan şəxsin yaşadığı evin həyətindən aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10