Bu günlərdə Masallı şəhər 4 saylı tam orta məktəbinin bir qrup müəllimi və texniki işçisi redaksiyamıza gələrək məktəbin sabiq direktoru Talıbova Ülviyyə Şahmar qızından şikayətlərini bildiriblər.
Həmin şəxslər – Sədaqət Seyfullayeva, Zenfira Əkbərova, Aslan Əzizov və Nazilə Hüseynova təkidlə bildirirdilər bir neçə il öncə Masallı Şəhər 4 saylı tam orta məktəbinə rəhbərlik etmiş Ülviyyə Talıbova müxtəlif yollarla pulumuzu mənimsəyib, bizə külli miqdarda ziyan vurub.
Sədaqət Seyfullayeva bildirdi ki, uzun müddətdir məktəbdə müəllim işləyir. Ülviyyə müəllim bir gün məni otağına çağırıb dedi ki, Bakıda ev alıram heç kimə bildirmə, sənin adına 5 min kredit götürüm, 2 aya qaytaracağam. Razılaşdıq. Bir müddət Banka ödədiyim pulları qaytarsa da 2016-ci ildən ödəmələri kəsdi. Nəticədə neçə illər, üstü-üstdə məndən 5 min manat pul tutuldu. İndi tapa bilmirik. Biri deyir axratışdadır, o biri deyir xəstəxanadadır. Sədaqət müəllimə Masallı Polis şöbəsindən, bu işlə məşğul olan Ülvi Abıyevdən də giley-güzar etdi ki, işi lazımi səviyyədə aparmır.
Digər müəllimə, Əkbərova da təxminən buna bənzər epizod danışdı. Bildirdi ki, yalvar-yaxarla nə qızılım-qiymətli əşyam var idi satdırıb, mənə 10 min manat ziyan vurub.
Məktəbin texniki işləri- xadimə Nazilə Hüseynova, gecə gözətçisi Aslan Əzizov da bildirdi ki, böyük ehtiyac içərisində yaşayırlar, lakin Ülviyyə Talıbova bizi aldadaraq əməliyyat üçün yığdığımız pulu – təxminən 1500-2500 manatı aldadaraq bizdən alıb, lakin qaytarmır. Heç bilmirik haradadır.
Biz xeyli cəhd etsək də Ülviyyə müəllimlə əlaqə yarada bilmədik.
Şikayətçilərin söhbətində Masallı polis şöbəsinin də fikrini öyrənmək istədik. Lakin Masallı Polis Şəbəsinə gedib bir neçə yüksək çinli polis işçisi ilə görüşsəm də, onlar bildirdi ki, hələ istintaq gedir, cinayət işi açılıb, istintaq bitənə qədər açıqlama verə bilmərik.
Bütün hallarda yazıda adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Zahir Əmənov
Cənubxəbər.tv-nin şikayətçilərin söhbətindən hazırladığı videonu sizə təqdim edirik