Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

2020-ci ildə Qarabağın işğaldan azad olunacağına inanırsızmı? - Videosorğu



Bu günlərdə Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev Dağlıq Qarabağla bağlı ilginc açıqlamalar verib. Politoloq Rusiya telekanallarının birində qeyd edib ki, yeddi rayonun Azərbaycana məxsus olması haqda Ermənistan tərəfinin imzaladığı həqiqi sənədlər var və onlar şəkk-şübhəsiz bu torpaqları azad etməlidir. Perenciyev vurğulayıb ki, məhz həmin sənədlər vasitəsi ilə bütün dünyaya ermənilərin işğalçı siyasətini ifşa etmək və sonra Qarabağın azad edilməsini tələb etmək lazımdır.

Perenciyev əminliklə onu da qeyd edib ki, əgər bu istiqamətdə fəaliyyət göstərilsə, 2020-ci ilin ikinci yarısında Dağlıq Qarabağın da işğaldan azad olunmasını gözləmək olar.

Maraqlıdır, bəs azərbaycanlılar qarşıdan gələn 2020-ci ildə Dağlıq Qarabağın işğaldan azad olunacağına inanırmı?

“Musavat TV”-nın əməkdaşları olaraq mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirdik.
Maraqlı videosorğunu aşağıdakı linkdən izləyə bilərsiniz.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10