Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiya məktəbi bizə açdırır, qırıcı təyyarəni ermənilərə verir...



Rusiya mətbuatı xəbər verir ki, 19 dekabrda Rusiyanın SU-30SM çoxprofilli qırıcı təyyarələri  Ermənistana yola salınıb. Tolmaçevo hava limanına (Novosibirsk) ara eniş əsnasında çəkilmiş fotolardan məlum olur ki, təyyarələrdə Ermənistan Hərbi Hava Qüvvələrinin gerbi, habelə erməni dilində “Hayastan” (“Ermənistan”) yazıları aydın görünür.

Məlumatda deyilir ki, bundan əvvəl Ermənistanın müdafiə naziri  David Tonoyan, ilin sonuna və ya 2020-ci ilin əvvəlinə qədər ilk Su-30SM-in İrəvana tədarükünə başlanacağını söyləyib. Göstərilən vaxtda 12 qırıcı təyyarənin ilk dörd ədədinin Ermənistana gətiriləcəyi gözlənilir. Hər bir qırıcı təyyarənin qiyməti 22 milyon dollardır.

Xatırladaq ki, Ermənistanın Su-30SM əldə etmək istəyi respublikanın Baş naziri Nikol Paşinyan 2018-ci ilin iyun ayında Facebook-da Erebuni hərbi hava limanında qırıcı təyyarənin kabinəsində şəkli yerləşdirdikdən sonra məlum olmuşdu. Paşinyan o zaman Ermənistandakı aviabazaları "dünyanın ən yaxşılarından biri" adlandırıb.

Qeyd edək ki, bu qırıcılara ermənilər pul ödəmir. 24 oktyabr 2017-də Rusiya Ermənistana 100 milyon dollarlıq ixrac kredit müqaviləsi imzalamış və guya ki, 15 il ərzində bu pul qaytarılmalıdır. Hələ indiyədək Ermənistan silah üçün Rusiyaya bir qəpik də kredit ödəməyib, dünyanın heç bir ölkəsinə satmadığı “ İsgəndər” raket kompleksini də havayı olaraq erməni dostlarına hədiyyə edib. Rusiya XİN başçısı S.Lavrov da bunu “ bölgədə tarazılıq” kimi dəyərləndirib. 

Sovet dönəmində olduğu kimi, Kreml bizdən nəsə tələb edir, erməniyə də bölgədə “ darğalıq” etmək üçün silah hədiyyə edir.
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10