Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyan Ata Abdullayevi müdafiə etdi...



Ata Abdullayevin Milanda erməni kilsəsində Paşinyana sual vermə hadisəsindən sonra erməni müxalifəti təhlükəsizlik orqanlarını sayıq olmamaqda, işində nöqsanlara yol verməkdə ittiham etməkdə davam edir. 

Bu gün Nikol Paşinyan ənənəvi Feysbuk səhifəsində birbaşa canlı yayımda çıxış edən zaman bu cür ittihamlara davam edib və baş nazirə bu məsələ ilə əlaqədar yenidən bir neçə sual ünvanlanıb. 

Cenub.az Moderator.az-a istinadən xəbər verir ki, Paşinyan bu ittihamlara belə cavab verib: 

“Bir azərbaycanlı Milanda açıq bir tədbirə gəlib və buna görə bütün sosial şəbəkə Dövlət Mühafizə Xidmətinə "hücum etdi". 

“Bəs, harda deyilib ki, bir azərbaycanlı Ermənistanın baş nazirinə sual verə bilməz? Əgər Nazirlər Kabinetinin rəhbərinə və ya orada iştirak edənlərin hər biri üçün təhlükə yaranarsa ... Daha  demirəm ki, rəsmi səfər zamanı təhlükəsizliyin təmin edilməsi funksiyası ilk növbədə qəbul edən tərəfə tapşırılır. Ermənistanda qonaq qəbul etdikdə, onların təhlükəsizliyini məhz biz təmin edirik ”, - Paşinyan qeyd edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10