Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rüşvətə görə saxlanılan icra başçısının mülkləri - SİYAHI


Ötən gün saxlanılan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin mülkləri ilə bağlı məlumatlar ortaya çıxır.
Goranboy rayon sakini “Abatv az” Youtube kanalında yayımlanan videoda icra başçısının mülklərindən danışıb.
İcra başçısının fəaliyyətindən narazılıq edən şikayətçi qadın bildirib ki,Goranboy şəhərinin mərkəzində yerləşən ticarət mərkəzi, uşaq bağçası, Gülüstan şadlıq sarayı, heyvan kəsim məntəqəsi, köhnə şahmat məktəbi, Tapqaraqoyunlu kəndində yerləşən “Dost qapısı” və “Lalə” şadlıq sarayı, Yuxarı Ağcakənd kəndində gips karxanası Nizaməddin Quliyevə məxsusdur.
Bununla yanaşı, iddia olunur ki, icra başçısının regionlarda saysız hesabsız daşınmaz əmlakı var.
BAKU.WS





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10