Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Burada DİN-in maliyyəsi hesabına molla olmaq baş tutacaq...



2020-ci ildən Almaniya Daxili İşlər Nazirliyinin(DİN) maliyyəsi hesabına məscid imamları(və ya axund)  hazırlanacaq.

Cenub.az Moderator.az-a istinadən xəbər verir ki, bu gözlənilməz məlumatı Belçikanın “Politico” nəşri yayıb. Məsələ burasındadır ki, Almaniyadakı məscid imamlarının 90 faizi əcnəbi vətəndaşlar, əsasən bu ölkəyə Türkiyədən müvəqqəti yaşayış üçün gəlmiş din xadimləridir. Və təbii ki, xütbələr də alman dilində yox, türk, ərəb və s. dillərdə aparılır. Nadir istisnalardan biri kimi Hamburqdakı Eyyub Sultan məscidinin axundu Abdulsamit Demiri göstərmək olar ki, o, türk olsa da, Almaniya vətəndaşıdır. 

Xəbərdə deyilir ki, alman dövlətinin problem hesab etdiyi bu cür məsələri nəzərə alaraq gələn ildən Osnabryuk  universiteti  DİN-in maliyyəsi hesabına Almaniya vətəndaşları üçün 2 illik imam hazırlıq kursları təşkil edəcək. 

Ancaq ölkənin iki aparıcı müsəlman təşkilatı: “DITIB” və “IGMG”  dövlətin dini işlərə bu cür müdaxiləsinə hazır olmamasını əsas gətirərək bəhs edilən  universitetlə əməkdaşlıqdan imtina edib. O cümlədən “DITIB” nümayəndəsi Eyup Kalon qeyd edib ki, türk müsəlmanları təşkilatı  özü də  2020-ci ilin yanvar ayından alman dilini bilən imamlar üçün təlim proqramı başlatmağı planlaşdırır...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10