Mahaçqala sakini sosial şəbəkələrdən birində tanış olduğu “qız"la görüşdükdən sonra avtomobilindən məhrum olub.
Cenub.az Moderator.az-a istinadən yerli mediaya istinadla xəbər verir ki, Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlanan məlumatda belə deyilir.
32 yaşlı paytaxt sakini polisə müraciət edərək bildirib ki, yaşadığı evin yaxınlığında naməlum gənclər zorakılıq tətbiq edərək maşınını ələ keçiriblər. Quldurlar isti izlərlə yaxalanaraq polis şöbəsinə gətirildikdən sonra cinayətin təfərrüatları aşkarlanıb. Məlum olub ki, öncədən tanış olan soyğunçuluqda şübhəli bilinənlər - Mahaçqala şəhərinin dörd kişi sakini və 17 yaşlı bir qız əlbir olaraq sosial şəbəkədə uydurma bir qız adı altında profil yaradıblar. Və növbəti “ov”a çıxıblar. Bəhs edilən 32 yaşlı gənc isə sosial şəbəkədə yaraşıqlı, açıq-saçıq qız şəklini görən kimi nəfsinə uyaraq virtual bir "məşuqə" ilə fəal ünsiyyət qurmağa başlayıb. Bir müddət sonra şübhəlilər 17 yaşlı rəfiqələrini hazırlayıb və qurbanla görüş təyin etdiriblər. Nəticədə qız həmin dörd tanışının müşayiəti ilə “ilk görüş”ə gəlib və quldurlar zavallı “aşiq”i döyərək avtomobilini əlindən alıblar. Daha sonra soyğunçular “qənimət”i 40 min rubl müqabilində lombarda qoyublar.
Hazırda saxlanılan şəxslər barəsində “soyğunçuluq” maddəsi ilə cinayət işinin başlanılması məsələsi həll edilir.
P.S. Xatırladaq ki, Allah qanunlarına, İslam dininə görə, nəinki küçədə, nəqliyyatda, həmçinin, telefonda, “vatsap”da, sosial şəbəkədə əks cinsin nümayəndələri ilə zina, fahişəlik niyyəti ilə tanış olmaq qəti haram sayılaraq qadağan edilir. Çünki bu cür tanışlıqlar, bəhs edilən dələduzluq, soyğunçuluq halları bir yana, həm də cəmiyyətdə zinakarlığın və zinadan doğulan uşaqların sayının artmasına, halal, normal ailələrin dağılmasına və bu minvalla insanlığın fəlakətlərə, ardınca da İblisin ardınca cəhənnəmə doğru yuvarlanmasına gətirib çıxarır...