Başqırdıstanın Tuymazı şəhərindəki “Əl-Fatiha” məscidi ruhani təbliğin “yeni texnologiyaları”nı tətbiq etməyə başlayıb.
Bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.
Bəhs edilən müsəlman ibadətgahının imam- xətib köməkçisi Timur Şabakayev dini rep vasitəsilə “təbliğ etmək” kimi anormal bir qərar verib. Onun rep-“xütbə”si olan video-çarx sosial şəbəkələrdə “Alif TV” telekanalı tərəfindən yayımlanıb.
Əsl möminlər şərhlərində bu rəzalətə qarşı kəskin hiddətlərini ifadə ediblər.