Araz Əlizadənin səhhəti böyrəyindəki problemlə əlaqədar pisləşib
Qanunvericilik fəaliyyətini dayandırmış Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə xəstəxanaya yerləşdirilib.
Cenub.az bu barədə BakuPost-a istinadən xəbər verir. Məlumata görə, Araz Əlizadənin səhhəti böyrəyindəki problemlə əlaqədar pisləşib.
APA-nın əldə etdiyi məlumata görə, Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə "Caspian International Hospital”a yerləşdirilib. Deputatın müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Məlumatı “Caspian International Hospital”dan təsdiqləyiblər.