Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

25 il sonra 13 milyonluq sərvətin varisi olduğunu öyrəndi


Türkiyə paytaxtında iki uşağı ilə illərdir maddi sıxıntılar içində həyatını davam etdirən 43 yaşlı Nebahat Kartanak 25 il əvvəl vəfat edən atasından miras qalan 13 milyon lirə dəyərindəki ərazilərin varisi olduğundan bələdiyyədən gələn zəng vasitəsilə xəbərdar olub.

“Hürriyyət” xəbər verir ki, Pursaklar bələdiyyəsi vətəndaşlarla şərik olduğu torpaq sahələrini müəyyən etmək üçün iş başladıb.

Bu çərçivədə 1994-cü ildə vəfat edən Əhməd Kartanak adlı şəxsin bələdiyyə ilə üç torpaq sahəsində şərik olduğu ortaya çıxıb.

Bundan sonra bələdiyyə Kartanakın yaxınlarını axtarmağa başlayıb. Kartanakın iki yaşındakı qızının 1949-cu ildə, həyat yoldaşının isə 1996-cı ildə vəfat etdiyi müəyyən edilib. Araşdırmalar nəticəsində ailənin yeganə varisinin övladlığa götürülmüş Nebahat Kartanak olduğu üzə çıxıb.

Bələdiyyədən gələn zənglə qadın üç ayrı yerdə ümumi sahəsi 15 min 500 kvadrat metr olan ərazilərə sahib olduğunu öyrənib.

“Təxminən üç ildir işsizəm, çətin vəziyyətdə idim”, - Kartanak bildirib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10