Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Başımıza gəlməyən qalmayıb, döyüblər, söyüblər, həbsə atıblar, amma heç vaxt sınmamışıq...”



“Mən demirəm ki, hər şeyi biz etmişik, xeyr, bizdən sonra QHT-lər və digər təşkilatlar yarandı, amma birinci biz idik. QHT-lərin bünövrəsini biz qoymuşuq, resurs mərkəzləri yaratmışıq, seçkilərdə qadınların müşahidəçi rolunu artırmışıq”

Cenub.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu təşkilatın otuz yaşının tamam olması haqda danışarkən deyib. N.Cəfəroğlu bundan sonra da yollarına davam edəcəklərini bildirib: 

“İlk olaraq onu deyim ki, bizim təşkilatımız yeganə təşkilatdır ki, həm Sovet, həm də müstəqillik dövründə fəaliyyət göstərir. Biz bu illər ərzində birinci qadınların inamını özlərinə qaytarmışıq, yəni əvvəllər çox az qadın parlamentdə, bələdiyyədə təmsil olunurdu. Bu gün  isə artıq qadınlar bütün qurumlarda təmil olunur. Qadınlarda lider olmaq hissiyyatı, ailədə özünü kişiylə bərabər hesab etmək xüsusiyyətləri var idi, amma o zaman bunu göstərmirdilər. Dövr dəyişdikcə qadınlarımız artıq sahibkarlıq fəaliyyəti də göstərirlər. Bu otuz ildə biz çalışırdıq ki, bunları edək. Mən demirəm ki, hər şeyi biz etmişik, xeyr, bizdən sonra QHT-lər və digər təşkilatlar yarandı, amma birinci biz idik. QHT-lərin bünövrəsini biz qoymuşuq, resurs mərkəzləri yaratmışıq, seçkilərdə qadınların müşahidəçi rolunu artırmışıq. Yəni bunların hamısını ilk olaraq Azərbaycanda biz başlamışıq. Buna görə də bu bizə təsəlli verir. 

Biz Dilarə xanımın adını həmişə yüksəklərdə tutduq. Yaxşı fəaliyyət göstərdiyimiz üçün həm müxalifət, həm də iqtidar tərəfindən sevildik. Başımıza gəlməyən qalmayıb, döyüblər, söyüblər, həbsə atıblar, amma heç  vaxt sınmamışıq. Hər iki tərəfdən özümüzə dəstək qazandıq. Bizim təşkilatımız sevilən təşkilatdır. Jurnalistlərin də bizim təşkilatla bağlı fəaliyyəti danılmazdır. Bu illər ərzində minlərlə insana kömək etmişik və otuz ili şərəflə başa vurmuşuq”. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10