Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mumiya tibb işçilərini mat qoydu - "Müalicəsi olmayan xəstəliklərə əlac ola bilər"



1996-cı ildə Argentina ilə sərhəddə tapılan 13 yaşlı Maidənin mumiyası üzərində Bradford Universiteti araşdrma aparıb. Qızın cansız bədənində edilən yarılma zamanı təəccüb doğuran məqamlar üzə çıxıb.

Xarici media xəbər verir ki, 13 yaşlı qız öldürüldüyü vaxt alkoqol verildiyi üçün huşunu itirib. Həmçinin qızın bədənində vərəmə bənzər bakteriya da görülüb. Maidənin mumiyasının müasir tibb sahəsinin əsasını qoyacağı gözlənilir. Gənc qızın bədənində olan bakteriyalar sayəsində bu gün müalicə oluna bilməyən bir çox xəstəliklərin çarəsinin tapılacağına ümid var.

İnka İmperatorluğu Amerikanın ən böyük İmperiyası idi. İnkalar gözəl uşaqları qurban seçərək Lyulyaylyako dağına aparıb. Uşaqlar dərmanların təsiri ilə huşunu itirib. Sonra onları dağ kənarına apararaq ölümə təhrik ediblər. Aparılan tədqiqatlar zamanı, uşaqların saçından götürülən nümunələrdə yüksək faizli uyuşturucuya rast gəlindiyi açıqlanıb. Artıq yüz faiz əminlik var ki, uşaqlar təbii yolla ölməyib. Onlar qurban seçilib.

konkret.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10