Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranda 8 min nəfər xəstəxanalıq oldu - Çirkli havaya görə



İranda havanın çirklənməsi nəticəsində 8 min nəfər xəstəxanalara müraciət edib.

Cenub.az APA-nın Tehran bürosuna istinadən məlumatına görə, bu barədə İranın Təcili Tibbi Yardım xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, həmin şəxslər ürək və tənəffüs problemi ilə bağlı xəstəxanalara müraciət ediblər.

Qeyd edək ki, son iki gün ərzində Tehranda havanın çirklənməsi təhlükəli həddə çatıb. Ölkənin tibb müəssisələri hazır vəziyyətə gətirilib. Əhaliyə maskalardan istifadə etmək və zərurət olmadığı təqdirdə evdən çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10