Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rəsulzadənin ev muzyində nələr olacaq? - Professor açıqladı


Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyinin yaradılması təşəbbüsü irəli sürülüb. Təşəbbüs qrupunun üzvləri  M.Ə.Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə, tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Solmaz Rüstəmova-Tohidi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli, yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı Nəcibə Bağırzadə, hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlovdur.

Rəsulzadənin ev muzeyinin yaradılması təşəbbüskarlarından olan tarix elmləri doktoru, professor, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Tohidi Rüstəmova belə bir təşəbbüsün irəli sürülməsinin vacibliyini xüsusi vurğulayıb.

O bildirib ki, Məhəmməd Əmin Rəsulzadəyə aid Türkiyədə xeyli materiallar qalır:

“Türkiyədə Rəsulzadə irsi Yavuz Akpınardadır. O, Rəsulzadə irsini alıb. Bir də Səbahəddin adlı professor var. Bunların hər ikisi Rəsulzadəyə aid yazılı irsi alıblar. Söhbət orijinallardan gedir. Təbii ki, o professorlar da bizim dostlarımızdır. Rəsulzadə sevərlərdir”.

Solmaz Tohidi qeyd edib ki, muzey yaradılacağı təqdirdə Rəsulzadəyə aid bütün materillar əldə ediləcək:

“Muzeyin yaradılması başa çatanda ümid edirik ki, o materialların hamısı Azərbaycana gələcək. Çünki Rəsulzadə muzeyinin yaradılmasına çoxdan ehtiyac var. Məqsədimiz muzeyi yaratmaqla Rəsulzadəyə aid sənədlərin, materialların muzeyə yığılması ilə bağlıdır”.(Modern.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10