Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pərviz Müşərrəf edam ediləcək - Qərar verildi



Məhkəmə Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barədə edam hökmü çıxarıb.

BBC xəbər verir ki, Pakistanın paytaxtı İslamabadda keçirilən məhkəmədə 3 hakim Pərviz Müşərrəfi vətənə xəyanətdə günahlandıraraq edam olunmasına qərar verib.
Qeyd edək ki, keçmiş general olan Pərviz Müşərrəf 1999-cu ildə dövlət çevrilişi edərək hakimiyyətə gəlmiş və 2008-ci ilə qədər ölkənin prezidenti vəzifəsini icra etmişdi.
Pərviz Müşərrəf hazırda Dubayda yaşayır.
Sabiq Pakistan prezidentinə səhhətində ortaya çıxan problemlər səbəbilə 2016-cı ildə ölkədən çıxış izni verilmişdi.

yeniavaz





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10