Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mollalar həkimlərə halallıq, vicdanlılıq haqda moizə oxudu…-FOTOLAR



Dağıstanın Kizlyar mərkəzi rayon xəstəxanasında tibb işçiləri üçün maarifləndirici mühazirə təşkil edilib.

Kizlyar İmamlar Şurasının sədri Məhəmməd Süleymanov başda olmaqla bir neçə din xadimi həkim heyəti ilə söhbət aparıb.
Yığıncaqda tibb əməkdaşlarının işinin əhəmiyyəti və İslam dinində həkim peşəsinə yüksək qiymət verilməsindən bəhs edilib. İlahiyyatçılar halal, vicdanlı və məsuliyyətli işin necə mükafatlandırılacağından danışıb, həmçinin, həkimlərin bu sahə üçün vacib olan etik, əxlaqi normalara riayət etməyinin zəruriliyi xatırladılıb.

Görüşün sonunda tibb işçilərinə onları maraqlandıran suallara cavab almaq imkanı da verilib.

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10