"Bu gözəl şəhəri fəth edib bizə qazandıran Fatih Sultan Mehmet bu gün dirilsə, ‘Sən nə edirsən’ deyib, hamımızdan hesab sorar".
Bunu İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu hökumətin "İstanbul kanalı" layihəsilə bağlı danışarkən qeyd edib.
Ə.İmamoğlu layihənin bir sıra suallar doğurduğunu bildirib və ona qarşı çıxıb.
Qeyd edək ki, "İstanbul kanalı" layihəsi 2011-ci ildə o dövrün baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və "çılgın proje" adlandırılır.
Türkiyə Prezidenti R.T.Ərdoğan Əkrəm İmamoğlunun layihəyə qarşı çıxmasını sərt tənqid edib: ""İstanbulun bələdiyyə sədri deyir ki, "Kanal İstanbul" layihəsi doğru bir layihə deyil. Sən öz işinlə məşğul ol. Necə bir doğu layihə olacağını görəcəksən. Bu layihənin baş tutması üçün unversitetlər, nazirliklərimiz var gücləri ilə çalışdılar. İnşallah ən qısa zamanda Kanal İstanbul layihəsinə start verəcəyik.
Kanal İstanbul nədir bilirsinizmi? Boğazı çox ciddi fəlakətlərdən qoruma projesidir. Bu projenin bizə həm iqtisadi, həm də ekoloji xeyri var. Eyni zamanda məsələnin siyasi tərəflərio də var ki, hələlik bundan istifadə etmirik. Vaxtı gələndə məsələnin siyasi tərəfindən də yararlanacayıq".
(Teleqraf.com)