Braziliyada sürücülük vəsiqəsi almaq üçün 3 dəfə imtahandan kəsilən qadın bu dəfə onun yerinə imtahanda oğlunun iştirak etməsini istəyib.
Cenub.az Moderator.az-aistinadən xəbər verir ki, 60 yaşlı qadın və oğlu aralarında plan quraraq imtahan üçün hazırlıqlara başlayıb. Qadının 43 yaşlı oğlu anasına bənzəmək üçün onun paltarlarını geyinərək imtahana gedib.
Hər nə qədər anası kimi yeriməyə, danışmağa və onun kimi davranmağa çalışsa da, planı baş tutmayıb. Geyimini, saçının rəngini, makyajını və hətda dırnaqlarındakı boyaya qədər hər şeyi nəzərə alan adam sınaq üçün sükan arxasına oturub. Bu zaman adamın əllərinin nə qədər böyük olduğunu görən təlimatçı şübhələnərək adamın şəxsiyyət vəsiqəsinə baxmaq istəyib və hər şeyin bir yalan olduğunu anlayıb.
Təlimatçı polisə verdiyi ifadədə "Avtomobilə minən kimi yanımdakı adamın qadın paltarı geyinən bir kişi olduğundan şübhələndim. Şəxsiyyət vəsiqəsini istədim və vermək istəməyincə hər şeyi anladım. Polisə xəbər verməkdən başqa yolum yox idi" deyib.