Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda zərgərlik məmulatları bahalaşdı



Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda zərgərlik məmulatlarının orta qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artıb.

Cenub.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, illik artım cari ilin əvvəlində (yanvar ayında ) cəmi 0,5% təşkil edib. Təkcə noyabr ayında isə orta aylıq qiymətdə əvvəlki ayla müqayisədə 0,1% artım müşahidə olunub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, qızılın bu günə olan qiyməti 2 507,789 AZN/unsiya təşkil edib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10