Bu, 70 saylı DSK-dan namizədliyini irəli sürməyə hazırlaşan, əslən Masallının Köçəkli kəndindən olan, polkovnik Cəlil Xəlilovdur
Respublika Veteranlar Təşkilatının IX plenumunda bu barədə yekdilliklə qərar qəbul olunub
Ölkənin aparıcı saytlarının yaydığı məlumata görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının IX plenumunda Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb və bu təklif yekdillə plenum içtirakçıları tərəfindən yekdilliklə dəstəklənib. Xatırladaq ki, Cəlil müəllim həmin təşkilatın sədr müavinidir.
Cəlil Xəlilov 1958-ci ildə Masallı Rayonun Həsənli Ərazi Dairəsinə daxil olan Köçəkli kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Komi Vilayətində hərbi xidmətdə olub.
1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdır.
1985-1987-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir.
1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir.
1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyindəmüxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir.
Cəlil Xəlilov siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnikdir.
Peşəkar hərbçi və tanınmış alim olan Cəlil Xəlilovun təkcə ölkəmizdə yox, MDB məkanında tanınan və böyük nüfuz sahibi olan bir insandır.
Xatırladaq ki, Cəlil müəllim kifayət qədər ciddi, hər şeyi dəqiq ölçüb-biçən adamdır. Eləcə də hazırkı hökumətə çox sadiq insandır. O, seçkilərlə bağlı hər şeyi ölçüb-biçməsəydi bu addımı atmazdı.
Cəlil müəllimin yaxınlarından aldığım məlumata görə, o, namizədliyini 70 saylı Masallı seçki dairəsindən sürəcək. Adı çəkilən dairənin millət vəkilliyini 9 il idi ki, Nəriman Əliyev edirdi. Onu da xatırladaq, ölkənin tanınmış iş adamlarından olan, öz kəndində və rayonda çoxlu xeyriyyəçilik işləri görə Ramazan Mirzəyev də həmin kənddəndir. Yəni, Cəlil müəllim üçün sponsorluq edə bilər.
Hazırda digər dairələrdən də xəbərlər gözləyirik.
Zahir Əmənov