İsveçdə sosial şəbəkələrdəki qapalı qrupların sağçı üzvləri ölkədəki bütün müsəlmanların məhv edilməsinə və bütün məscidlərin yandırılmasına çağırır.
Cenub.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda İsveçin “Expo” qəzeti yazıb. Nəşrin bildirdiyinə görə, sosial şəbəkələrin İsveç seqmentində 44 min istifadəçisi olan 11 ifrat(ultra) sağçı qapalı qrup mövcuddur. Həmin qruplardakı postlar, eyni zamanda, sağçı “İsveç demokratları” partiyasından olan siyasətçilər tərəfindən də şərh edilir. Qrup üzvləri daha çox müsəlmanlara, Afrika ölkələrindən olan qaçqınlara, solçu siyasətçilərə nifrətlərini ifadə edirlər.
“Bu cür qruplarda "İsveçdəki bütün müsəlmanları məhv etmək" və "bütün məscidləri yandırmaq" çağırışları var”- qəzet yazır.
Bəhs edilən ifrat sağçı qrupların üzvləri İsveç Baş naziri və Sosial Demokratik İşçi Partiyasının sədri olan Stefan Lyoveni "xalq düşməni" elan edib və onun fiziki məhvinə çağırışlar da var…
P.S. Budur, bizə "tolerantlıq", "multikulturalizm" dərsi keçən, amma özləri "mədəni" İX "xaçlı yürüşü" aparan Avropa... Allah eləməmiş, Türkiyə, yaxud Azərbaycanda hansısa din mənsublarına qarşı belə çağırışlar olsa, bütün dünya çoxdan ayağa qaldırılmışdı... Bəlkə də NATO qoşun da yeritməyə hazırlaşardı...