Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kanada sakini bir gecədə milyonçu oldu - Lotoreyada 6,8 milyon dollar uddu


Kanadanın “49-dan 6” milli lotoreyasında 9 milyon Kanada dolları (6,8 milyon ABŞ dolları) məbləğində jekpot oynanılıb.

Cenub.az TASS-a istinadən xəbər verir ki, bu barədə OLG şirkətinin nümayəndələri bildirib.

“Düşən nömrələr – 9, 12, 17, 23, 41 və 44, bonus sayı 3 olub”, – deyə təşkilatçılar bildiriblər.

Qeyd edilir ki, qalib fransızdilli Kvebek əyalətinin sakini olub.

Bundan başqa, lotoreyada 1 milyon Kanada dolları (760 min ABŞ dolları) məbləğində təsəlliverici mükafat oynanılıb. Uduşlu bilet Ontario əyalətində satılıb.

“49-dan 6” Kanadada 1982-ci ildən oynanılır və ölkənin ilk milli lotoreyasıdır.






{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10