Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ən böyük xoşbəxtlik odur ki, sənin bu qədər sevənlərin var və öz yerində dura bilmisən...”



“Bir dəfə onun doğum günündə iştirak edəndə bu mənə bir il bəs edirdi ki, çayxanalarda gənc yazarlara R.Rövşənin şeirlərini, fikirlərini, diskussiyalarını oğurlayıb onun adından danışım”

Bunu “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, şair Rəşad Məcid Xalq şairi Ramiz Rövşənin doğum günü haqda danışarkən deyib. R.Məcid artıq 33 ildir ki, şairin doğum günündə iştirak etdiyini bildirib:
“Düz 33 ildir ki, dekabrdın 15-də Ramiz Rövşənin ad günündə iştirak edirəm. Hətta 1988-ci ildə Bakıda komendant saatı olanda Əmircanda dekabrın 15-də Azərbaycanın mədəniyyət, incəsənət, karizmatik sənət adamlarıyla yığışdıq və səhərə qədər Ramiz Rövşən şeirləri ətrafında diskusiyalar getdi. Bir dəfə onun doğum günündə iştirak edəndə bu mənə bir il bəs edirdi ki, çayxanalarda gənc yazarlara R.Rövşənin şeirlərini, fikirlərini, diskussiyalarını oğurlayıb onun adından danışım. Bu il isə ilk dəfədir ki, R.Rövşənin doğum günü səhər-səhər başlayıb və xeyli insan şairin başına yığışıb, sosial şəbəkədə də onu təbrik edirlər. Ən böyük xoşbəxtlik odur ki, sənin bu qədər sevənlərin var və bu qədər keşməkeşli zəmanədə sən öz yerində dura bilmisən. Necə ki, bir şeirində deyir: “Hamı mənə sarı gəlir, mən durmuşam yerimdə...”. Mən elə bilirəm ki, R.Rövşən həmişə öz yerində duracaq”. 

moderator





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10