İş adamı Fərhad Əhmədovun parlament seçkiləri ilə bağlı məqaləsi hələ də müzakirə mövzuzu olaraq qalır. Bir sıra media orqanlarında iş adamını bu yazısına görə ittiham edənlər də tapılıb. Hətta F.Əhmədovun keçmiş xanımı ilə arasındakı çəkişməni xatırladanlar onu ittiham edir. Bu arada isə Türkiyədə yaşayan həmyerlimiz Mübariz Mənsimov da bu haqda yazıb.
Bu gün hamı bir ağızdan Fərhaddan danışırdı. Günün mövzusu “Yol Xəritəsi” və müəllifi Əhmədov. Mən çox təcüblənmədim, çünki zaman zaman məni də manşetə daşıyırlar. Nə baş verir ki?! Biz hansı əsirdə yaşayırıq? Hər bir insanın istədiyini demək haqqı var. Hər bir insanın seçmə haqqı var və kimsə bunlara qarşı gedə bilməz. Demokratiya deyirik və sonra sən danışma, o danışmasın deyib dururuq. Niyə? Fərhadın yazdıqları niyə bu qədər aqressiv qarşılandı ki? Hərçənd bir çox təklifləri konstruktiv və zəruridir. Birdən komanda verildi və hamı qələmini aldı əlinə, üzünə deyə bilmədiklərini tirajladılar. Hətta bir zamanlar puluna görə dostluq edənlər Əhmədova qarşı yazmağa başladılar. Biri milyardlarından yazır, biri şəxsi məsələyə toxunur? Sizə nə onun pulundan? Bu bir məmur deyil, məmur qohumu deyil. Bu, süni düzəltilmiş milyoner və ya xalqın cibinə girərək varlanan harın da deyil. Bu halal zəhməti ilə pul qazanan və öz vətənində də sərmayəsi olan bir iş adamıdır. Sizə nə onun ailəsində nə baş verir? O bilər, ailəsi bilər.
Bunun Fərhadın yazdıqları ilə nə əlaqəsi var? Siz birinci gedin öz ailələrinizə necə çörək qazanmanıza baxın. O onu alır, bu bunu satır. Heç kim mükəmməl deyil. Bir az tolerant olun, dinləməyi bacarın. Oxuyun, baxın nə yazılıb orda? Bəlkə faydali məsləhətlər var. Amma yox, bizdə bu belə olmur. Hamı bir adam kimi o adami sizin sözlərlə desək vurmağa başlayırlar. Çünki təlimatla tutuquşuluq həyat tərzinizə çevrilib. Harama elə bulaşmısınız ki, kimsənin normal düşünə biləcəyinə belə şübhə edirsiniz. Halbuki dünya dəyişir, Azərbaycan dəyişir, siz isə bu dəyişimə ayaq bağından başqa bir şey deyilsiniz. Əslində, Milli Məclislə yanaşı siz trollları da buraxmaq lazımdır.
Sizdən istifadə edənlərə sadəcə töhmətsiniz.
Gununsesi.org