Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Nə yaxşı ki, parlamenent özü - özünü buraxdı..."



Dövlətimiz öz tarixinin çox vacib dövrünə daxil olur. Ölkə 5-ci çağırış parlament seçkiləri ərəfəsindədir. Əvvəlcə qeyd edim ki, “çağrış” sözü inzibatı idrəetmənin terminidir, demokratik quruluşun rühuna uyğun deyil. Yaxşı olar ki, bu söz “dövrə” sözü ilə əvəz olunsun. (Misal üçün 9 –cu dövrə MM deyəndə başa düşürsən ki, bu parlament təqribən 45 ildir ki, fəaliyyət göstərir). Ziyanın yarısından qayıtmaq da xeyirdir. Termin qüsursuz olmalıdır və düz seçilməlidir.

Seçki prosesinə vətəndaşlarımızın marağı böyük olduğunu nəzərə alaraq, “deputata qarşı hansı tələblər qoyulmalıdır”?  sualına cavab vermək də zəruridir. 

İdarəetmənin fəlsəfəsinə görə parlament xalqın hakimiyyətdə təmsilçiliyidir.  Dövlətin büdcəsi əsasən xalqdan yığılan vergilər hesabına dolur. Bu büdcənin xərclənməsinə, digər vacib və cari məsələlərin həlli ücün vəsaitin ayrılmasına, xalq parlamentə göndərdiyi təmsilciləri vasitəsilə nəzarət edir. Digər tərəfdən, parlament hakimiyyətin bir qolu kimi dövlətin idarəolunmasının hüquqi bazasını yaradır. Xalqın güzəranını yaxşılaşdırmaq niyyəti ilə sosial, iqtisadi, mədəni və təhlükəsizlik məsələləri ilə bağlı qanunlar qəbul edir. 

Cəmiyyət inkişaf etdikcə, düşüncə də inkişaf edib dəyişməlidir. Kamil cəmiyyət qurmaq niyyəti ilə parlamenti formalaşdıranda bir sıra suallara cavab vermək lazımdır. 

Sual: Parlament nəyə və ya kimə lazımdır? Parlamentsiz ötüşmək olmazmı?

Parlament həm dövətə, həm də cəmiyyətə lazımdır. Zəif parlamentlə güclü dövlət qurmaq olmaz. 4-cü çağırış parlament dövründə bəzi beynəlxalq göstəricilərində geriləməyimiz müşahidə olunur. Bu işdə parlamentin rolu çoxdur. Nə yaxşı ki, parlamenent özü - özünü buraxdı. Problemin həllinin yarısı onun qəbul olunmasındadır.

Sual:  Parlament qanunların qayəsində nə durmalıdır?

Qanunların qayəsi dövlət mənafeyinin qorunması və onun şəxsi mənafelərdən yüksəkdə durmasını təmin etməsidir. Hər kəs özünün yox, dövlətinin qüdrətli olmasına çalışmalıdır, o cümlədən də deputatlar. Misal üçün, Çexiya Respublikasında məmurun villası yox, dövlətin səfirliyinin binası əzəmətli görünməlidir. Başqa sözlə, deputat ictimai mənəfeni şəxsi mənafeyə qurban verməməlidir. Deputat yaddan çıxarmamalıdır ki, onu “xalq seçib və xalq üçün seçib”. 

Məlumdur ki, psixoloji baxımdan insanlar əsasən iki tipə  bölünürlər: milləti düşünənlər (ekstravertlər) və özünü düşünənlər (introvertlər). Bu iki qrup insanların psixologiyaları bir - birindən çox fərqlidir. Deputat  bir mənalı olaraq ekstrovertlər içərisindən semilməlidir. Deputat öz fəaliyyəti ilə (və ya fəaliyyətsizliyi ilə) parlamenti xalqın gözündən salmamalıdır. Belə olanda ancaq güclü dövlət qurmaq olar. 

Sual: Deputatı xalq seçib MM göndərsə yaxşıdır, yoxsa ağillı insanlar tərəfindən seçilib təyin edilsə? 

Deputatı müəyyən dairənin əhalisi seçib göndərsə yaxşıdır. Çünki yaşadığı ərazının problemlərini o daha yaxşı bilir. Ancaq deputat lokal dairədən seçilsə də, ölkə miqyasında və daha geniş düşünməyi bacarmalıdır.

Sual: Deputat kim olmalıdır?

Yaşından, cinsindən, milli mənsubiyyətindən, dinindən, doğulduğu yerdən asılı olmayaraq deputat o kəs olmalıdır ki, o parlamentdə içərisindən keçdiyi bütün proseslərin idarə edən tərəfi, yəni proseslərin subyekti olsun. Bunun üçün onun intellektual səviyyəsi kifayyət qədər yüksək olmalıdır ki, düzgün qərarlar qəbul edə bilsin. Deputat dağın görünən yox, görünməyən tərəfini də görməyi bacarmalıdır.  
Deputat korpusu ümumi mənafe daşıyıcılarından formalaşsa dövlət və millət üçün daha çox xeyirli olar. Bu insanlar siyasətçilər, ictimai xadimlər, alimlər, bir qisim ziyalılar, yaradıcı insanlar, texnokratlar, maddi və mənəvi dəyər yarada bilən insanların içərisindən seçilməlidir. Şəxsi mənafe daşıyıcıları  (biznesmenlər, tacirlər, bankirlər, hotel və restoran sahibləri, ifaçı mədəniyyət xadimləri) üçün MM münasib yer deyildir. Bu işdə gənclərə üstünlük verilməsində hikmət var və böyükdür.  

moderator





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10