Türkiyənin Bursa şəhərində evli qadına mesaj yazan şəxs qadının yaxınları tərəfindən pusquya salınıb.
Cenub.az Moderator.az-a istinadən xəbər verir ki, dəvət mesajıyla evə yollanan şəxs bir qrup kişinin hücumuna məruz qalıb. Ölümünə döyülən adam xəstəxanaya yerləşdirilib. Döyülən adamı qonuşların zəngindən sonra polis bir qrup adamın əlində güclə alıb və xəstəxaya aparıblar.
Bildirilir ki, M.Ö. adlı kişi evli bir qadına mobil telefondan intim mesajlar yazıb. Mesajlardan narahat olan qadın bunu ərinə deyib. Plan quran hadının əri mesaj yazaraq onu evə dəvət edib. Evdə isə onu qadın yox, onun əri və yaxınları qarşılayıb.
Hadisəylə bağlı üç nəfər həbs edilib. Polis faktla bağlı araşdırma aparır.