Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq



“Artıq 2500 çip oxuyan qurğu hazır vəziyyətə gətirilib"

 

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində  məntəqələrə yeni nəsil şəxsiyyət vəsiyyət vəsiqələrindəki çipi oxuya bilən qurğular paylanılacaq. 

 

Cenub.az-ın ayna.az-a istinadən verdiyi xəbərə görə, bunu MSK-nın sədr müavini Rövzət Qasımov bugünki iclasda deyib.

 

R.Qasımov bildirib ki, Azərbaycanda vətəndaşlara verilən yeni nəsil şəxsiyyət vəsiqələrinin üzərində yaşayış yeri göstərilmir. Onun sözlərinə görə, həmin şəxsiyyət vəsiqələrinin üzərində çip var və vətəndaş haqqında məlumatlar orada toplanıb: 

 

“Artıq 2500 çip oxuyan qurğu hazır vəziyyətə gətirilib. Ölkə üzrə cəmi 5049 məntəqə var. Təxminən gələn həftənin dördüncü gününə kimi bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq. Bu gündən həmin qurğunun seçki məntəqələrinə paylanılmasına başlanılacaq. Hesab edirəm ki, yeni nəsil şəxsyyət vəsiqələrinin oxunmasında heç bir problem yaranmayacaq”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10