Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Hay-küylə danışıb gerçəkləri malalamaqdansa, lal-dinməz oturmaq yaxşıdır...”


"Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır...”
3 cümlə ilə bir “quş”...



Keçmiş Lenin adına kolxozun əməkdar heyvandarı Qədimalı kişi parlamentin buraxılmasından sonra  neçə illərdir susan deputatların yenidən seçilməyəcəyi haqda söz-söhbətlərə etirazını bildirərək bəyan edib:
“Ay qadanız alım, deyirsiz, filankəslər susub, guya 25 ildir hay-küylə danışanlar bay edib; Qarabağı ermənidən alıblar, yoxsa ölkədəki, korrupsiyanın, rüşvətxorluğun, nə bilim, fahişəliyin, narkomanlığın kökünü kəsiblər? Əksinə, belələri hapa-gopa basıb, yalanların gözünə xalqın ürəyindən keçən bir-iki doğru söz qataraq  rüşvətxor nazir, başçı və digər məmurların Azərbaycanın altını-üstünə çevirən dələduz işlərinin orasını-burasını “qanunlar”la elə malalayıblar ki, qulaq asanda deyirsən, əşşi, huri-mələkdirlər, heç bunlardan yaxşısı yoxdur... Belə düymə basan mandatlıların təriflədikləri, əl çaldıqları bəzi oliqarx nazirlər-filanlar sonradan dələduz, rüşvətxor, vətən xaini, dövlətçilik düşməni çıxıb, hələ bundan sonra neçəsi “lox” çıxacaq bilmirik...

Qəqimalı kişi bəyanatının sonunda belə nəticəyə gəlib ki,  parlamentdə  bu cür pafoslu nitqlər söyləyib ölkənin, xalqın sərvətini talayan, qanını soranların cinayətkar əməllərini malalamaqdandırsa, xalqın başını qatmaqdandırsa, elə o biri deputatlar kimi susmaq, lal-dinməz oturmaq hamısından yaxşıdır...

P.S. Xatırladaq ki, Prezident İlham Əliyev yeni təyin edilmiş icra başçılarıyla görüşlərindən  birindəki çıxışında bəzi başçı, məmur və qurumları “hər şeyi  əla” kimi təqdim etməyə cəhddə, problemləri ört-basdır etməkdə qınayaraq deyib: "Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır...”
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10