Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb



Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması ilə bağlı müraciətə baxılıb.

Cenub.az “Report”-a istinadən xəbər verir ki, iclasda Böyük Quruluş Partiyasının (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Azərbaycan Demokrat Partiyasının (ADP), Böyük Azərbaycan Partiyasının (BAP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya üç siyasi partiya müraciət etmişdi. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP).





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10