Dövlət İmtahan Mərkəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi konfrans keçirilib.
Seminar bu istiqamət üzrə orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün keçirilmiş qəbul imtahanlarının təhlilinə və 2020/2021-ci tədris ili üçün keçiriləcək musiqi nəzəriyyəsi və solfecio imtahanının məzmununa həsr edilib.
Seminarda, həmçinin tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün keçiriləcək qəbul imtahanlarının müsabiqə şərtləri, qəbul proqramları, qiymətləndirmə meyarları müzakirə edilib.
Qeyd edək ki, musiqi sənəti istiqaməti üzrə seminarlarda qəbul edilən yeniliklər barədə məlumatlar DİM-in internet saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları " adlı jurnalın 2-ci sayında nəşr ediləcəkdir.