Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ümidsiz, nəcib müharibə, yoxsa kiçik və iyrənc sülh?” – İki Vladimirin anlaşa bilmədiyi Ukrayna (TƏHLİL)


Donbasdakı müharibəni dayandırmaq məqsədilə bu həftə Ukrayna, Fransa, Almaniya və Rusiya liderlərinin Parisdə bir araya gəlib. Baş tutan görüşdə heç bir irəliləyiş əldə olunmayıb. Təcavüzkar Rusiya 2014-cü ildə işğal etdiyi Ukrayna ərazilərini nəzarətdə saxlamağa davam edir. Ukraynanın yeni prezidenti Vladimir Zelenski göstərib ki, ona təzyiq etmək və təslim olmağa məcbur etmək olmaz

Bu barədə “New York Times” yazır.

Ona görə Ukraynada davamlı sülh şəraitinə bir addım da olsa yaxınlaşmaq mümkün olmayıb. Zelenskinin mətanəti, əyilməzliyi milyonlarla ukraynalının rahat nəfəs almasına səbəb olsa da, Vladimir Putinin güzəştə getmək istəməməsi uzun müddətli perspektivdə Qərbə yaxşı heç nə vəd etmir.

Görüşdən əvvəl Putin xəbərdarlıq edib ki, qondarma Donetsk və Luqansk “xalq respublikalarının” razılığı olmadan Ukrayna ilə heç bir razılaşma olmayacaq. Belə ki, 50 min kvadrat metrlik sahəyə malik, Ukraynaya məxsus bu regionda Rusiyanın səhnələşdirdiyi “seçkilər” nəticəsində əhali Moskvadan asılı quldurların nəzarətində qalmağa məhkum olacaqdı.

Ukraynanın Qərbə meyli isə Kremlin nəzarətində olan regionlardan Ali Radaya seçilən yeni deputatlar tərəfindən sərt kəşildə təhrif ediləcək, ya da tamamilə bloklanacaqdı. Onlar parlamentdə məğlubiyyətə uğrasaydılar və Ukrayna yenidən AB/NATO-ya inteqrasiya etmək fikrinə düşsəydi, Moskva asanlıqla müharibəni bərpa edə və onu “rusyönlü üsyan” adlandıra biləcəkdi.

Ukrayna “normand görüşünə” ev sahibliyi edən prezident Emmanuel Makronun (Emmanuel Macron) mövqeyini də yolverilməz hesab edir. Fransa lideri Avropanın Rusiya ilə strateji münasibətlərini yenidən nəzərdən keçirmək istəyirMakron əmindir ki, Moskvanın “təhlükəsizlik zonası” hesab etdiyi keçmiş SSRİ məkanında NATO və AB-nin genişlənməsi Putini narahat edir və prezident bu prosesi dayandırmağa çalışır. Onun gözləntiləri başa düşüləndir: danışıqlarda postsovet məkanında genişlənmənin olmayacağına dair Rusiyaya təminat verilsə, Rusiya Avropanın məsuliyyətli, loyal bir hissəsinə çevriləcək. Avropa münasibətlərində lazımsız qıcıqlandırıcı kimi Ukraynanı aradan qaldırmaq isə bu istiqamətdə ilk addım olacaq.

“Bütün bunlar Putinin NATO-ya görə narahat olmasına görədir? Putin “təhlükəsizlik zonasına” görə narahat olduğu üçün Stalinin plakatları və heykəlləri geri qayıdıb? Rusiyanın “gənclər ordusu” səkkiz yaşlı uşaqları cəlb edir. Hazırda onun sıralarında yüz minlərlə insan var. Bütün ölkə ərazisində “vətənpərvərlik parklarında” uşaqlar tank simulyatorlarını sürə, gənclər isə nəzarət altında Kalaşnikov avtomatlarından güllə ata bilərlər. 10 yaşdan yuxarı uşaqlar boş güllə, 18 yaşdan yuxarılar isə döyüş güllələri ilə. Bu cür hərbi vətənpərvərlikdə NATO və AB günahkardır?”, – “New York Times” qeyd edir.

“Yəqin, vicdanlı, davamlı sülh yolunda ən böyük maneə o olacaq ki, Putin sabit, çiçəklənən, demokratik və Qərbə meyl edən Ukraynaya dözməyəcək. Milyonlarla rus bu sualı verməyə başlasa, Putin rejimi sağ çıxmaya bilər. Ona görə Putin bunun qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək. Paris görüşü bu istəyi bir daha təsdiqləyib”, – məqalədə deyilir.

Uilyam Şekspir (William Shakespeare) deyirdi ki, ümidsiz, nəcib müharibədənsə, kiçik və iyrənc sülh yaxşıdır. Gəlin, özümüzü aldatmayacaq. Parisdəki görüş göstərdi ki, Ukrayna çox güman məhz belə bir sülh əldə edəcək. Tarixi presedentlər isə açıq-aşkar uzunmüddətli nəticələrin olacağını göstərir: təcavüzkarların nazı ilə oynamaq onlarda həmişə təcavüzə iştah oyadır. (Xpressa)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10