Prezident iqamətgahı 2011-ci ildə tikilib
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin iqamətgahı auksionda 7,5 milyon lariyə (4,5 milyon AZN) satılıb.
Cenub.az-ın TASS-a istinadən məlumatına görə, Mestiya qəsəbəsində yerləşən iqamətgah ilkin dəyərindən 308 faiz baha qiymətə satılıb. İqamətgahın yeni sahibi “Aiqvinis saxli” adlı özəl şirkətdir.
Prezident iqamətgahı 2011-ci ildə tikilib. Saakaşvilinin ondan istifadə edib-etmədiyi məlum deyil. Çünki növbəti ildə onun partiyası parlament seçkilərində uduzmuş və daha sonra onun öz prezidentlik müddəti bitmişdi.