Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Senatının “erməni soyqırımı”nı tanıması ilə bağlı qətnaməsini alqışlayıb.
Ermənistan KİV-i xəbər verir ki, baş nazir Türkiyənin Ermənistan dövləti və xalqı üçün ciddi təhlükə mənbəyi olduğunu da deyib.
“Türkiyə 30 ildir ki, bizimlə sərhədi bağlı saxlayır. ABŞ və digər ölkələrin qərarları Türkiyənin destruktiv və aqressiv siyasətini göstərir. Yerevan Türkiyə ilə diplomatik münasibətləri qeyri-şərtsiz bərpa etməyə hazırdır”.
Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “soyqırımı” açıqlamasını da pisləyib.
“Türkiyə prezidentinin “soyqırımı” qurbanları haqda bu il etdiyi ədəbsiz və ucuz açıqlama onların şərəfə və ləyaqətinin müdafiə olunmasına ehtiyacın qaldığını göstərdi”.
modern.az