Rusiyada qadınlar təvavüzə məruz qalarkən onlara gücum edən şəxsi yaralaya və ya öldürərkən cəza almayacaqlar.
Cenub.az Moderator.az-a istinadən xəbər verir ki, qadın təcavüzünün və cinayətlərinin ən yüksək səviyyədə olduğu ölkələrdən biri olan Rusiyada yeni qanun layihəsi hazırlanıb. Hazırlanan qanun artıq parlament tərəfindən qəbul edilib. Yeni qanun qadınlara özünümüdafiə hüququ verir. Qanuna görə təcavüzə məruz qalan qadın ona hücum edən şəxsi yaralaya və ya öldürərkən məsuliyyətə cəlb edilməyəcək.
Statistikaya görə hər il Rusiyada 14 min qadın kişilər tərəfindən qətl edilir. Eyni zamanda hər il 2 min uşaq öldürülür. Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasına görə cinayətlərin yüzdə qırx faizi evdə, yüzdə 93 faizi isə qadınlara qarşı törədilir.